dini radikalizm və ekstremizmlə mübarizə

XTQ İLK ŞƏHİDLƏRİNDƏN BİRİ.


Aydın komandiri Eldənizlə gedəcəyini israrla bildirir və gedir. Ayaqları ağır qribok deyilən xəstəlik tutur. Bütün günü çəkmədə olan ayaqdakı yaralar tam açılır dəri corabla birgə çıxır. Ayaqlarını sarıyan Aydın ayağına krasovka geyinir. Bu duruma baxmayaraq komandiri Eldənizələ könüllü gedir. Nişanlı olduğu üçün dostları onu getməsini istəmir. Aydın isə mən komandirlə gedəcəm deyərək israr edir. Və gedir hər ikisi şəhid olur.
XTQ ilk əsgərlərindən biri olan Elman Əsəduılayev deyir.
Komandirimiz Eldəniz dedi: Bir saata gəlməsəm yolunuzu dəyişin bilin ki, ermənilər pusku qurub.
O gəlmədi bizi gedəcəyimiz yoldan geri çevirərək özü getdi. Sanki bilirdi ki biz tələyə düşəcəyik. Və onlar ölümləri ilə 70 nəfəri xilas etdilər.
Biz onlardan 2 saat sonra oranı yardıq və bir erməni sağ qalmadı.komandirimiz Eldənizlə döyüş dostumuz Aydının qanı alındı.
Bu gün bizlər onların sayəsində yaşayırıq.
Dostluq budur... Sədaqət budur...
Özlərini ölümə ataraq əsgərlərini qoruyan komandir və əsgəri Eldəniz və Aydının meyitləri birlikdə olur. Hətta Aydını krasovkasından tanıyırlar. Onun haqqında belə deyirlər. Ayağları qanın içində olsa belə krasovka geyinib komandiri ilə gedən əsgər.(((((((

Almaz İlahə
Djb.az, Təsisçi

Oxunub: 500
Oxşar xəbərlər
SON XƏBƏRLƏR