dini radikalizm və ekstremizmlə mübarizə

GAMIŞAVAN QALASI və DAİRƏVİ QALA


Gamışavan qalası.Gamışavan qalası yerli əhəmiyyətli memarlıq abidəsidir və Lənkəran rayonu ərazisində orta əsrlərə aid qaladır.Bu qala istehkamı 1730-1732-ci illərdə Gamı-şavanda(indiki Göyşaban kəndi) rusların köməyi ilə yerli ustalar tərəfindən tikilmişdir.
Qalanın tikilmə tarixi haqda yazılı ədəbiyyatda məlumatlar vardır.Rus tarixçisi və səyyahı ,akademik P.S.Butkov (1775-1856) “1732 –ci ildən 1803-cü ilədək Qafqazın yeni tarixinə aid materiallar” (Bax:H.1-3,SPB-1869) kitabında yzaır: “Rus qoşunları 1720-ci ildə Kəskər və Astaraya qədər gəlib çıxdılar.Rusiya höküməti İran təhlükəsindən qorunmaq üçün qalalar tikdirmişdir.Belə qalalardan biri Astarada,digəri Qızılağacda və başqa biri isə Lənkəranda idi.
XVIII-XIX əsrlərdə mudafiə qalası rolunu oynamışdır.Rusiya höküməti qalanı Olxovka adlandırdılar.Bu ad Sovet dövründə də belə olmuşdur.Lakin 1991-ci ildən sonra bütün Azərbaycanda yer adları,rayon adları və sairəlrə milli adlarla əvəz olunmağa başlandı.Məhz bu dövürdə Olxovka adı öz keçmiş Gamışavan adı ilə əvəz olundu.Rus ordu komandiori kapitan Veselaqonun Markiz Poulunçiyə 1812-ci il 22 yanvarda tarixli raportunda yazmışdır ki,İran qoşunları 1809-cu ildə Talış xanlığına hücum edərkən Mirmustafa xanın ailəsi və ən yaxın qohumları Olxovka qalasında himayə və müdafiə olunmuşlar.(Bax:AKAK,v,g,Tiflis,1873,səh.142-143.)A.Bakıxanov yazır: “Ruslar döyüşdən sonra Mirmustafa xanla bərabər Gamışavana çəkildilər.İran qoşunu Gamışavanın qarşısında səngər və bürclər düzəltdilər.İki aya qədər dənizdən və sahldən atışma davam etdi.Gamışavanı almaq mümkün olmadı.(Bax:A.Bakıxanov.”Gülüstan İrəm”.B.1951,səh.202).Gamışavan (Göyşaban) kəndinin adı Olxovka kimi ilk dəfə sənədlərdə 1812-ci ildə çəkilir.(Bax:Qafqaz arxeoloji komisiyasının aktları,V,c.,Tiflis,1873,səh.140-145).Olxovka Rus dilində qızıl ağaclıq,çəmənlik deməkdir.(G.Məmmədzadə.”Leninçi-qəzeti.16.sentyabr.1989-cu-il.).(Bax:Etibar Əhədov,
Mirhaşım Talışlı. Lənkəran Ensilopedik Məlumatı.səh.178).

2.Dairəvi qala.(Zindan).Dairəvi qala yerli əhəmiyyətli memarlıq abidəsidir.Dairəvi qala Lənkəran şəhərində,Lənkəran şəhərinin Sütəmurdov kəndinə keçid dəmir körpünün başlanğıcında yerləşir.Mənbələrə görə dairəvi qala,yəni Lənkəran həbsxanası Lənkəran qalası ilə eyni vaxtda,1747-1786-cı illərdə tikilməsi ehtimal olunur.Dairəvi qala öğz tikinti sxeminə görə Lənkəran mayakının geniş dairəvi formasına oxşardır.Belə ki,dairəvi qaladan Lənkəran mayakına qədər yeraltı yol olmuşdur.Bir zamanlar bu yoldan iki nəfər sərbəst hərəkət edə bilirmiş.Sonradan yeraltı yol su ilə dolduğuna görə,indi bu yoldan istifadə etmək mümkün deyil.Qala həbsxanası ilə Lənkəran mayakı ətrafındakı hasar Lənkəran qalasının ön hissəsini birləşdirib əhatə edirmiş.Lənkəran qalasının iki qala bürcündən biri şəhər həbsxanasının ixtiyarına verilmiş və orada toplar yerləşdirilmişdir.Quba,Zaqatala.Şuşa və Nuxa həbsxanaları ilə bir yerdə ikinci dərəcəli bəhsxanalar sırasında idi.Şəhər həbsxanasının təmirinə 1857-ci ildə 12815 manat,1894-cü ildə 12815 manat,1894-cü ildə təkcə həbsxana qülləsinin tikintisinə 2900 manat xərclənmişdir.Lənkəran həbsxanası 140 məhkum üçün nəzərdə tutulduğu halda ,burada 236 nəfərdən 310 nəfərədək məhbus saxlanılmışdır.Lənkəran həbsxanasında müxtəlif vaxtlarda illərə görə məhbusların sayı :
1907-ci il-2368 nəfər;1908-ci il 2319 nəfər;1909-cu il-2319 nəfər;1910-cu il-2777 nəfər;
1911-ci il-2668 nəfər;1920-ci ildə burada 4 böyük və 14 kiçik nəzarətçi işləmişdir.Azərbaycan həbsxanalarında,o cümlədən Lənkəran həbsxanalarında məhbusların əməyə cəlb olunması 1903-cü ildən başlanır.1926-1927-ci illərdə Lənkəran İslah Əmək Evində 30 nəfər işləmişlər.Belə ki,Lənkəran dairəvi qalasında yerləşən həbsxananın 2 kamerası 15 xəstə üçün ayrılmışdır.Həbsxana nəzdində 30 nəfərlik xəstəxana binasının tikintisi üçün təşəbbüslər olsada,öz həllini tapmamışdır.Lənkəran həbsxanası 1956-ci ilədək fəaliyət göstərmişdir.Sonuncu həbsxana rəisi Babaxan Cahangirov olmuşdur(1963-1965).Ondan əvvəl bu vəzifədə Nüsrət Məmmədov işləmişdir(1950-1963).1970-1990-cı illərdə tikiş sexi,2014-cü ildən Şəkil qalereyası kimi istifadə edilmişdir.2010-cu ildə memarlıq abidəsi kimi təmir edilmişdir.Bu gün Dairəvi qala adı ilə də tanınır.Tarixi abidə kimi muhafizə edilir(1990-cı ildən).2014-cü ildən Lənkəranda yeni penitensiar kompleksi fəaliyyət göstərir.(Bax:E.Əhədov.Lənkəran Ensiklopedik Lüğəti.Bakı-2014.səh.198)Dairəvi qalanın invertar nömrəsi № 4810,sistem kodu AJA004612 –dir.

Aqşin Mistanlı
Tədqiqatçı-tarixçi

Oxunub: 1 325
Oxşar xəbərlər
SON XƏBƏRLƏR