dini radikalizm və ekstremizmlə mübarizə

ƏSGƏRLƏRİN ASUDƏ VAXTININ SƏMƏRƏLİ TƏŞKİLİ


Dünən türksevdası.orq saytının rəhbəri, Vətənini sevən və əməllərini işi ilə hər kəsə nümayiş edən Sevda Zülfüqarlı "N" saylı hərbi hissənin əsgərlərinin asudə vaxtın yüksək şəkildə səmərəli keçirmələrinin təşkilatçılığını edərək, əsgərlərimizi Suraxanı rayonunda yerləşən "50 qəp." ailəvi restoranına gətirərək onların gözəl bir gün keçirmələrinə nail olmuşdur. Restoranın sahibi Hacı Hüseyn bu təklifi məmuniyyətlə qəbul etmiş Azərbaycanın fəxri olan oğullarına hər zaman xidmət etməkdən şərəf duyduğunu bildirırək istənilən zaman rəhbərlik etdiyi ailəvi məkanın əsgər, şəhid və qazilərin üzünə açıq olduğunu bildirmişdir.
Onuda qeyd etmək istəyirəm ki, şəxsən mən dəfələrlə Hacı Hüseyn şəhid analarının qəlblərini şad etmək üçün onların şəninə süfrələrin açılmasını təşkil etmişdir. Şəhidlərin mövludlarında, anım günlərində ehsan süfrəri təşkil etməklə şəhidlərin ruhu qarşısında öz borcunu verməklə yanaşı bu addımı ilə başqa iş adamlarını da bu təmənnasız gözəl quyğular yaradan insanlıq aksiyasına dəvət etmişdir.
Hacı Hüseyinin atdığı hər bir addım əməlisaleh olduğunun bariz nümunəsidir.
P.S. Mən öz adımdam və "N" saylı hərbi hissənin komandanlığı və Vətənpərvər dostlar adından Hacıhüseyn qardaşımıza dərin təşəkkürümü bildirirəm.Etdiyimiz tədbirlərdə açdığı süfrələrin Allah min əvəzin versin.


Almaz İlahə
Təsisçi


Oxunub: 790
Oxşar xəbərlər
SON XƏBƏRLƏR