dini radikalizm və ekstremizmlə mübarizə

52 yaşıma

52 yaşıma
Bilirəm, gecə saat 12-də pəncərənin nəfəsliyindən özünə yol tapıb çıxıb gedəcəksən. Səni heç zaman geri qaytara bilməyəcəm. Mənə qoyub getdiyin xatirələr qalacaq. Acılı-şirinli xatirələr...
Yaş üstünə yaş gəldikcə bir şeyi anlayıram, günbəgün vəfat etmiş doğmalarıma tərəf gedirəm. Onlar məni orada qınamasınlar deyə, çox işlər görməyə tələsirəm. Ruhlarına rəhmət oxutdurmaq, ruhlarını şad etdirməkdən ötrü...
Məni orada qarşılayacaq atamın önündə başı aşağı olmaqdan çox qorxuram...
Mənim 52 yaşım, gedişinə heyfsilənsəm də, amma həm də sevinirəm ki, ömür davam edir. Davam edirsə deməli şans da var. Çox işlər görmək, çox insanları sevindirmək şansı...
Əlvida 52, xoş gəldin 53!..

Oxunub: 641
Oxşar xəbərlər
SON XƏBƏRLƏR