dini radikalizm və ekstremizmlə mübarizə

QOCALARLA UCALIĞA GEDƏN YOL

QOCALARLA UCALIĞA GEDƏN YOL

Hər zaman yaşlı bir insan görərkən qəlbimdə sözlə ifa edə bilməyəcəyim bir hiss keçir. Bir kiçik kövrəklik baş qaldırır, bəzən tanımasam belə uca dağı xatırladan qar ələnmiş bu tellərin sahibinə yaxınlaşıb onları qucaqlamaq istəyirəm, bağrıma basaraq gözlərindən öpmək keçir qəlbimdən. Axı onlar bir ailənin qurucusu olduğları halda bu gün nədən, burada məhs qocalar evində olmalıdırlar? Onların yeri övladlarının yanında olaraq, sevinmək nəvələrinin boy atmasını görərək qocalmaq olduğu halda nədən bir çoxu övladları tərəfindən tərk edilib? Övladlar bilməlidilər ki, ucalığa yol yalnız qocaların, ucaların xeyir duası ilə olur!!!
28.04.2018. DJB.AZ və Doyushcu.az portallarının birgə təşkilatçılığı ilə oftalmoloq alim, akademik Zərifə Əliyevanın 95 illik yubleyi keçirildi. Bu əlamətdar gün üçün məhz Bilgəh qəsəbəsində yerləşən qocalar evinə üz tutduq. Qocalarımız dövlət başçımız cənab prezidentimiz İlham Əliyev və xanımı Mehriban xanım tərəfindən hər bir qayğı ilə əhatə olunmalarına baxmayaraq, biz də onların üzünə təbəssüm bəxş etmək istədik. Beləcə səfərimiz və tədbirimiz çox uğurlu keçdi. Bizlərə qoşulan könüllü ordunun yorulmayan əsgərlərini oxucularıma tanıtmaq istərdim. Bəlkə də oxucularım deyəcək. Almaz xanım hansı əsgərlərdən söz açır.
Mən belə düşünürəm ki, hansı sahədə çalışmasından asılı olmayaraq dövlət və dövlətçiliyin qorunması üçün addım atan hər bir vətəndaş bu dövlətə xidmət edən könüllü əsgərdir. Beləcə bizimlə tədbirin zəhmətini çəkən amma hər zaman səhnələrdən, komeralardan görünmək istəməyən Ələsgər Həkimov, Şəhid analarının övladı , döyüşçü Elman Əsədullayev, Axska türkləri ictimai birliyinin Bakı üzrə sədri Məhəmməd Şamiloğlu, Əsgər ailələrinə dəstəy ictimai birliyinin sədri Mətanət Əsgərqızı, Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit, Ulu öndər mükafatçısı Güləli Gərziyev, Azərbaycanın Fidelkastrosu ləqəbi ilə tanınan sədaqətli Əliyevçi və s... qonaqlar iştirak edirdilər.
Hər zaman olduğu kimi tədbirin rəngarəngliyi aparıcı şairə Mətanət Sevdalının üzərinə düşdü. Bir çox tədbirlərdən seçilən bu günü daha da maraqlı edən isə Dünya TV. " Məhəbbət nəğmələri" verlişinin Məhəbbətim instrumental ansanblının müşaiyyəti oldu. Ansanblın bədii rəhbəri İsa Kamranoğlunun komandasının gözəl ifası iştirakçılara xüsusi zövq verdi. Canlı ifaları ilə tədbir iştirakçılarını valeh edən Möhtəşəm səsə malik Elxan Qaraxanoğlu, dövlət mahnı teatrının salisti, laureat Nizami Kəlbəcərlinın ifası qocalarımız tərəfindən çox möhtəşəm qarşılandı.
Müğənnilər:Aygün Aydın, Emil Elmanoğlu, Fatimə Əziz, Birgül Ağdamlı, Elnarə Bakılı, Xan Qaraxanlı, Ruslan Zülfüqarov və bir çoxları içtirak edirdilər.
P.S...Tədbirimizin çox möhtəşəm keçməsində bizə şərait yaradan Qacalar evinin rəhbərl Qətibə xanıma, əməyi olan hər bir əməkdaşına, Dünya TV.nın Məhəbbət nəğmələri verlişinin prodüseri Rizvan müəlkimə, xüsusi ilə Xalq. TV- nin rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü bildiririk ki, tədbirimizi sonuna kimi yaddaşlara salmaq üçün lentə aldılar.

Almaz İlahə
QOCALARLA UCALIĞA GEDƏN YOL
QOCALARLA UCALIĞA GEDƏN YOL
QOCALARLA UCALIĞA GEDƏN YOL
QOCALARLA UCALIĞA GEDƏN YOL
QOCALARLA UCALIĞA GEDƏN YOL
QOCALARLA UCALIĞA GEDƏN YOL
QOCALARLA UCALIĞA GEDƏN YOL
QOCALARLA UCALIĞA GEDƏN YOL
QOCALARLA UCALIĞA GEDƏN YOL
QOCALARLA UCALIĞA GEDƏN YOL

Oxunub: 819
Oxşar xəbərlər
SON XƏBƏRLƏR