Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Maytripala Sirisenaya təbrik məktubu ünvanlayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Hörmətli cənab Prezident,
Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm", - təbrikdə qeyd edilir.