dini radikalizm və ekstremizmlə mübarizə

Elmi ilə dərdlilərin dərmanı olan Əbülfəz həkim

Elmi ilə dərdlilərin dərmanı olan Əbülfəz həkim
Həkimlər haqqında el içində belə bir deyim də var- filan həkimin əli yüngüldür, şəfalıdır, əli səbəblidir, gözəl həkimdir. Bu gün elm və texnoloğiya dövrüdür təhsil alan gənclərimiz də çoxdur. Həkim kimi fəaliyyət göstərən minlərlə, milyonlar həkimlər var. Amma elində, obasında sevilən, hər zaman dəyərliliyi ilə qəlblərdə yaşayan, varlığı ilə insanlarda inam yardan, elmi ilə dərdlilərin dərmanı olan Əbülfəz həkim sevməyən yoxdur. Gözəl həkim olmaqla yanaşı o, həm də gözəl insan olaraq qəlblərdə yuva qurub, insanların ehtiramını qazınıb. Bizim Mirəbülfəz həkim . Mirəbülfəz həkimi hamımız çox istəyirik, həm bir insan, həm həkim və həm də müqəddəs bir ocağın davamçısı kimi...
Bu gün, yanvarın 23-ü Mirəbülfəz ağanın 54 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.
Doğum gününüz mübarək, ağa! Nə yaxşı ki, varsınız!
P.S. Nil çayı heç vaxt qurumur Mirəbülfəz həkim, ömrünüz Nil çayı tək sonsuz, axar olsun. Ayla günəş bir-birindən ayrılmadığı kimi siz də doğmalarınızdan, sevənlərinizdən ayrı düşməyəsiniz.

Elman Eldaroğlu

Oxunub: 901
Oxşar xəbərlər
SON XƏBƏRLƏR