dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

ABŞ Hind okeanında sanksiyalar altında olan və İrandan neft daşıyan "M/T Majestic X" gəmisinin (bayraqsız üzürdü) ələ keçirilməsi və yoxlanılması üzrə dəniz əməliyyatı həyata keçirib.

Bu barədə Pentaqon "X" sosial şəbəkəsində bildirib.

"Biz qeyri-qanuni şəbəkələri dağıtmaq və harada olmalarından asılı olmayaraq İrana maddi dəstək göstərən gəmiləri ələ keçirmək üçün qlobal dəniz əməliyyatlarını davam etdirəcəyik", – paylaşımda qeyd olunub.

Həmçinin vurğulanıb ki, beynəlxalq sular sanksiyalar altında olan subyektlər üçün sığınacaq kimi istifadə oluna bilməz, ABŞ qüvvələri bundan sonra da onların dəniz məkanında fəaliyyət azadlığını məhdudlaşdırmaq niyyətindədir.

Oxunub: 58
Oxşar xəbərlər
SON XƏBƏRLƏR