dini radikalizm və ekstremizmlə mübarizə

Erməni nazir 3 360 hərbçinin məhv edildiyini təsdiqlədi

Erməni nazir 3 360 hərbçinin məhv edildiyini təsdiqlədi

Ermənistanın Səhiyyə Nazirliyi Qarabağda müharibə zamanı 3360 erməni hərbçinin ölümünü təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə səhiyyə naziri Arsen Torosyan “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, məhkəmə tibbi ekspertizası tərəfindən 27 sentyabr – 9 noyabr tarixlərində Qarabağ müharibəsində ölən 3360 hərbçinin cəsədi və ya qalıqları araşdırılıb.

2500-dən çox məhkəmə-genetik ekspertizası keçirilib.

Torosyan əlavə edib ki, 2018-ci ildə Ermənistan hökuməti ölkədə istifadə olunan yeganə genetik analizator alıb.

Onun köməyi ilə 461 cəsədin kimliyini müəyyənləşdirmək mümkün olub.

Qeyd edək ki, Ermənistan tərəfi Qarabağ müharibəsindəki itkilərinin real sayını hələ də gizlədir.

Oxunub: 541
Oxşar xəbərlər
SON XƏBƏRLƏR