Çində son sutka ərzində daha 6 nəfər koronavirusa yoluxub, ölən yoxdur. “Qafqazinfo” “Gazeta.ru”ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, virusa yoluxanlardan 2-si xaricdən gələn şəxslər, 4-ü isə yerli sakinlərdir.
Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 642 nəfər həyatını itirib, 84 303 yoluxma halı qeydə alınıb.
Oxunub: 409