Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 66-ya çatıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi internet saytında məlumat verilib.Bildirilib ki, hazırda ölkə üzrə karantində 3 320 nəfər, stasionar müalicədə isə 235 nəfər var.
Qeyd edək ki, virusa yoluxmuş şəxslərdən 8-i artıq sağalıb.
Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.///Apa
Oxunub: 435