dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə məsafədən təhsillə veriləcək dərslər imtahan suallarına salınmayacaq

Türkiyədə məsafədən təhsillə veriləcək dərslər imtahan suallarına salınmayacaq

“Martın 23-dən məsafədən təhsilin ilk dərsini mən tədris edəcəyəm. Dərslərin müddəti 20 dəqiqə olacaq. Hər sinif və hər bir dərs üçün ayrı-ayrı dərs saatları nəzərdə tutulub. Müəllimlərin tədris etdiyi dərslər, təkrar nümayiş olunacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin təhsil naziri Ziya Səlcuk NTV telekanalına müsahibəsində bu barədə bildirib.

Nazir deyib ki, yalnız koronavirusla mübarizə tədbirləri çərçivəsində deyil, Türkiyə təhsil sistemində şagirdlərin dərsləri sevərək mənimsəməsi üçün yeni proqramlar nəzərdə tutulub.

Ziya Səlcukun sözlərinə görə, məsafədən təhsilə (distant) digər fənlərlə yanaşı, sənət, peşə və əyləncələr də daxil olacaq.

O vurğulayıb ki, Türkiyədə distant təhsillə tədris olunan yeni mövzular imtahan suallarına daxil olunmayacaq: “Sadəcə məktəblər açıq olduqda öyrənilən mövzular imtahana daxil ediləcək”.

Nazir təhsil müəssisələrində tətil müddətinin uzadılacağını da istisna etməyib: “Hər vəziyyətə uyğun fəaliyyətlərimiz və tədbirlərimiz nəzərdə tutulub.

Oxunub: 393
Oxşar xəbərlər
SON XƏBƏRLƏR