dini radikalizm və ekstremizmlə mübarizə

İsrail Baş nazirinin çıxışı zamanı Qəzza zolağından raket atılıb

İsrail Baş nazirinin çıxışı zamanı Qəzza zolağından raket atılıb

Çərşənbə axşamı günü İsrailin Aşkelon və Aşdod şəhərlərinə Qəzza zolağından beş raket atılıb.

APA TASS-a istinadla xəbər verir ki, onlardan ikisi “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

"The Times of Israel" nəşrinin məlumatına görə, raket atəşi səbəbindən Parlament seçkiləri (sentyabrın 17-nə təyin edilib) öncəsi Aşdod şəhərində təşviqat nitqi söyləyən İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı kəsilib.

Xəbəri ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Raket atəşi nəticəsində heç bir tələfatın olmadığı bildirilib.

Oxunub: 512
Oxşar xəbərlər
SON XƏBƏRLƏR