dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ prezidentliyinə namizəd öz seçkiqabağı kampaniyasını dayandırıb

ABŞ prezidentliyinə namizəd öz seçkiqabağı kampaniyasını dayandırıb

2020-ci ildə ABŞ-da prezident seçkilərində Demokratlar palatasından olan namizəd, ABŞ Konqresinin Nümayəndələr palatasının üzvü Tulsi Qabbard hərbi təlimlərlə əlaqədar seçkiqabağı kampaniyasını dayandırıb.

APA xəbər verir ki, bu barədə “The Daily Caller” portalı məlumat yayıb.

“Mən bir neçə həftəliyə seçkiqabağı kampaniyada iştirakımı dayandırıram və İndoneziyada birləşmiş təlim-məşq toplantılarında iştirak etmək üçün hərbi forma geyinəcəm”, - deyə Qabbard bildirib.

T.Qabbard İraqda hərbi xidmət keçib və ABŞ Konqresinin aşağı palatasının hərbi qüvvələr və xarici işlər komitələrinin tərkibinə daxildir.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci ilin 3 noyabr tarixində keçiriləcək.

Oxunub: 473
Oxşar xəbərlər
SON XƏBƏRLƏR