dini radikalizm və ekstremizmlə mübarizə

Serbiya Kosovonu itirməsi ilə barışa bilər

Serbiya Kosovonu itirməsi ilə barışa bilər
Serbiya prezidenti Aleksandr Vuçiç Kosovoya dair gələcək siyasətin müəyyənləşdirilməsinin zəruriliyini bəyan edib.

ONA-nın xəbərinə görə, bu barədə A.Vuçiç Serbiya parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Serbiya artıq qəbul etməlidir ki, Kosovodakı vəziyyətə nəzarət etmir. O, “yalana və öz vətəndaşlarını aldatmağa” son qoymağa çağırıb.

Prezident vurğulayıb ki, Serbiya hökuməti Kosovo ilə əlaqələrin inkişaf yolunu seçməlidir – ya dondurulmuş münaqişəni saxlamaq, ya da rəsmi Priştina ilə əlaqələri inkişaf etdirmək. Vuçiç tanınmamış respublika ilə əlaqələrin yoluna qoyulmasını dəstəklədiyini bildirib.

O, həmçinin əlavə edib ki, Serbiya məğlub olub, ərazisini itirib və xeyli iqtisadi itkilərlə üzləşib.

Qeyd edək ki, Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqillik elan edib. Rusiya, Çin, İsrail, Azərbaycan, İran, İspaniya, Yunanıstan və bir sıra digər ölkələr Kosovonun müstəqilliyini tanımaqdan imtina edib. Serbiya Kosovo muxtar bölgəsini öz ərazisi hesab edir. Rəsmi Belqrad və Kosovo arasında danışıqlar 2017-ci ilin martında dayandırılıb.

Oxunub: 530
Oxşar xəbərlər
SON XƏBƏRLƏR