ABŞ Prezidenti Donald Tramp Amerikanın Yəmən müharibəsində Səudiyyə Ərəbistanına verdiyi dəstəyi dayandırmağı nəzərdə tutan qanuna veto qoyub.
Djb.az-in Teleqraf.com-a istinadən məlumatına gorə, Donald Tramp qanunu lazımsız adlandırıb və ABŞ-ın xarici siyasəti üçün təhlükəli olduğunu bildirib.
Xatırladaq ki, ABŞ-ın Yəmən müharibəsində Səudiyyə Ərəbistanına verdiyi dəstəyi dayandırmağı nəzərdə tutan qanun aprelin 4-də Konqresin Nümayəndələr Palatasında 247 səslə, martın 13-də isə Senatda 54 səslə qəbul edilib.