dini radikalizm və ekstremizmlə mübarizə

Çavuşoğlu Camal Qaşıqçının öldürüldüyü anın səs qeydlərinə qulaq asıb: "Bu, dəhşətdir"

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal Qaşıqçının öldürüldüyü anın səs yazısını dinləyib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu bu barədə Almaniyanın "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Gizli xidmətlər mənbələrini açıqlamırlar. Ancaq mən səs yazılarını dinlədim. Qaşıqçı 7 dəqiqə ərzində öldürülür. Bu qərəzli bir cinayətdir. Geri qayıtmağa razı sala bilmədikləri üçün qətl qərarını vermədilər. Tibb mütəxəssisinin necə təlimat verdiyi eşidilir. Bədəni parçalayarkən musiqi dinləməli imiş. Bunu keflə etdiyi görünür. O, insanları parçalamağa sevir. Bu, dəhşətdir...", - deyə Çavuşoğlu qeyd edib.

Nazir Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salmanın Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək G20 sammitində prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşmək istədiyini də söyləyib.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və daha sonra ondan xəbər olmayıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluq binasında qətlə yetirildiyini təsdiqləyib. İstanbul Respublika Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.

Oxunub: 616
Oxşar xəbərlər
SON XƏBƏRLƏR