Suriya ordusu və yerli silahlı könüllü dəstələr İŞİD-in Əs-Suveydə əyalətinin şərqinə və şimal-şərqinə hücumunu dəf edərək terror qruplaşmasının 75 silahlısını zərərsizləşdirib.
Djb.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda vilayətin qubernatoru Amer Əl-Aşşi bildirib.
"Suriya ordusu hərbi əməliyyat meydanına daxil olaraq hücum edənlərə qarşı döyüşə girib və 75 terrorçunu zərərsizləşdirib", – qubernator bildirib.
Qeyd edək ki, 25 iyul tarixində bir neçə terrorçu-intiharçı Əs-Suveydə əyalətində terror aktları həyata keçirib. Onlardan biri meyvə bazarında partlayıcı qurğunu işə salıb, digəri isə özünü partladıb.