ABŞ İsrailin Suriyada həyata keçirdiyi hava əməliyyatlarına dəstək verməyib.
DJB.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Dana Uayt məlumat yayıb.
“Biz bu əməliyyatda iştirak etməmişik. Bu aviazərbələr İsrail tərəfindən ötən həftə endirilib”, - deyə Uayt bildirib.
Qeyd edək ki, ötən həftə İsrail ordusu Suriya ərazisindəki İrana məxsus Qüds briqadasının mövqelərinə 28 qırıcı ilə zərbə endirmişdi.
Oxunub: 734