dini radikalizm və ekstremizmlə mübarizə

Maldivin keçmiş prezidenti həbs olunub

Maldivin keçmiş prezidenti həbs olunub
Maldivin keçmiş prezidenti (1978 - 2008) polis tərəfindən saxlanılıb.

Oxu.Az xəbər verir ki, Mömün Abdul Qəyyum öz evində yeznəsi ilə birgə həbs olunub.

Saxlanılma səbəbi isə açıqlanmır.

Qeyd edək ki, Maldivin hazırkı rəhbəri Abdulla Yamin Qəyyum, Mömün Abdul Qəyyumun ögey qardaşıdır.

Bundan əvvəl Maldiv Respublikasının prezidenti Abdulla Yamin ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq etdiyi barədə məlumat yayılıb.

Qərar ölkədə yaşanan siyasi böhranla bağlıdır. Fövqəladə vəziyyət 15 gün davam edəcək.

Bundan əvvəl məlum olub ki, Maldiv Respublikasının Ali Məhkəməsi dövlət başçısını vəzifəsindən kənarlaşdırmaq niyyətindədir. Buna səbəb Abdulla Yaminin sabiq prezident Məhəmməd Naşidə qarşı irəli sürülmüş ittihamları ləğv etməsi olub.

Oxunub: 690
Oxşar xəbərlər
SON XƏBƏRLƏR