Peruda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyi məlumat verib.
Məlumata görə, ölənlərin meyitləri avtobusdan çıxarılıb. Hadisə nəticəsində sağ qalan 6 nəfər xəstəxanaya yerləşdirilib.
İnsident ötən gün Perunun paytaxtı Lima şəhərindən 70 km aralıda, dağ yolunda baş verib. Yük maşını ilə toqquşandan sonra sərnişin avtobusu 100 metr hündürlükdən dərəyə aşıb.