dini radikalizm və ekstremizmlə mübarizə

Afət Fərmanqızı sosial media hesabında yazır


Konstitusiyanın 34-cü maddəsində təsbit olunan nikah və ailənin dövlət tərəfindən qorunması ailə institutunun cəmiyyətimiz və dövlətimiz üçün xüsusi əhəmiyyət daşıdığını göstərir. Bu hüquqi prinsiplərə hörmət edilməsi ailə dəyərlərinin, uşaqların hüquqlarının və cəmiyyətin sağlam gələcəyinin qorunmasına xidmət edir.

Mən rəsmi nikahda olan insanların ailə münasibətlərinə hörmət edilməsinin tərəfdarıyam! Xüsusi ilə vurğulamaq istəyirəm ki, rəsmi nikahda olan insanlarla nikahdan kənar münasibətləri düzgün hesab etmirəm! Çünki nikah qarşılıqlı hörmət, sədaqət və məsuliyyət üzərində qurulan mühüm ailə institutudur. Ailəyə və nikaha hörmət etmək həm milli-mənəvi dəyərlərimizə, həm də Konstitusiyamızda ailənin qorunması ilə bağlı təsbit olunan prinsiplərə hörmət etməkdir.

Rəsmi nikahda olan insanla münasibət qurduqda sonradan yaranan fəsadları saymaqla bitməz. Belə münasibətlər çox vaxt ailələrə, qadınlara və uşaqlara ciddi mənəvi və sosial problemlər yaşadır.

Digər tərəfdən, rəsmi nikah olmadan münasibət qurub sonradan müxtəlif problemlərlə üzləşən qadınlarımızı və qızlarımızı sosial verilişlərə çıxıb kömək istəyən görürük. Bəzən iş o yerə gəlib çatır ki, hüquqlarını qorumaq üçün illərlə mübarizə aparmalı olurlar.

Ona görə də ailə qurarkən yalnız bu günümüzü deyil, sabahımızı da düşünməliyik. Rəsmi nikahın əhəmiyyətini, qarşılıqlı məsuliyyəti və qadınların, eləcə də uşaqların hüquqlarının hüquqi şəkildə qorunmasını nəzərə almaq olduqca vacibdir.

Ailəyə hörmət, cəmiyyətə hörmətdir. Nikaha sədaqət isə həm mənəvi, həm də sosial məsuliyyətdir.

Oxunub: 48
Oxşar xəbərlər
SON XƏBƏRLƏR