7 yanvar 2026-cı il tarixində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri, Prof. Hamlet İsaxanlı və İctimai Əlaqələr və Media üzrə Direktor Əlövsət Əmirbəyli Hacettepe ünuversitəsinin rektoru, Prof. Mehmet Cahit Güranı ziyarət etdilər. Səmimi keçən görüşdə Hamlet İsaxanlı Xəzər Universitəsi haqqında geniş məlumat verdi və gələcək illərdə ikili əməkdaşlıqla bağlı razılıq əldə elildi. Prof. Mehmet Güran Xəzər universitəsi ilə əlaqələrin qurulmasının vacibliyini vurğuladı.
Hədiyyələr təqdim edildi və xatirə şəkilləri çəkildi.
Oxunub: 75