Əzizim
Sevirem sözunu demə ezizim,
Başarsan sevgini hədiyyə eylə.
Sevgini dil ilə anlatmaq olmur,
Onu goz yaşınla sindir Əzizim.
Qəlbinin içində gəzdirdiyini,
O gözəl gözünə, qondur əzizim.
Dolan buludların, anlatdığını,
Gözünün içindən,endir Əzizim.
Dağların ,dağ boyda dərdləri vardır
Dağların zirvəsi, hər fəsil qardır.
İnsan kədəriylə saçın ağardır.
Dərdini sevinclə dindir Əzizim.
Ürəklər sevinir, qar əriyəndə
Təbiət oyanıb,bahar gələndə.
Əskərlər evinə, sağlam dönəndə,
Gözlərin yaşını ,sildir Əzizim.
Sevənlər qovuşar, həsrət bitəndə,
Dağlar al geyinər,qızlar güləndə.
Buludlar seviner,yaz mövsümündə,
Yağşla ruhları, endir Əzizim.
Şəhidlərin ruhun dindir Əzizm.
Yalnış
Sevgi dolu ürəyə alqış,
Kədər dolu kipriyə yaqış ,
Həsrətinlə könlümə yıqış ,
Hər hücrəmdə aşqın qalmış ....
Danış nə olur ,danış ,
Susma ,
susman, mənə qarğış ,
Yansan ,
gəl mənimlə alış ,
Məneəaliş ,varlıqıma alış
Sənsiz hər yeri qar almış
Sənsiz dünya boşalmış
Sən varkən ,hər şey varmış ,
Yoxluğunla dünya ,talanmış
Gəl mənsiz yaşama
Mənsiz nəfəs alma ,
ÇÜNKİ ,
Mənsiz yaşaman ,yalnış ...
Sevdim
Göylərə qalxdı ahım
De nə idi günahım,
Hər gün,açan sabahım,
Səni beləcə sevdim.
Səni gizlincə sevdim,
Dövlətim,varım bildim
Hər gün içimi yedim
Səni gizlincə sevdim.
Yollarıma qar yağdı,
Səni yollar apardı.
Məni kədərim sardı,
Səni comərdcə sevdim.
Buludlar çox ağladı
Hər tərəfə yol saldı.
Kipriyimdə yaş qaldı,
Səni beləcə sevdim.
Adın əzbərimdəydi,
Qəlbimə qurşun dəydi.
Həsrət belimi əydi,
Mən səni belə sevdim.
Arama məni
Əgər öldūrməksə məni, qərarın
Silaha gərək yox ölmūşəm artıq,
Biganə sevginlə qandırıb məni
Dərin məzarlara gömmüsən məni.
Daha ne hacət var oxa, gulləyə
Daha ne hacət var məni gömməyə
Derin zindanlara gondərmə məni
Yad olan gözundə, söndürmə məni.
Bir gün,yoxluğumu fərq etsən əgər
Arama hər,hansı ünvanda məni.
Bir gün, xəyalına gələrsəm əgər,
Arama , mən artıq unutdum Səni.
Mən uca bir dağam, Sən isə təpə
Mən gurlayan dəniz, Sən isə dərə
Mən sığa bilmirəm kəndə, şəhərə
Mən artıq doğacam, başqa səhərə.
Oxunub: 206