» » UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb
UNEC-də təhsilin doktorantura və dissertantura pilləsinə qəbula start verilib.

Universitetin Marketinq və Kommunikasıya Departamentindən "Report"a verilən məlumata görə, qəbul fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələri, eyni zamanda dissertanturada “daxili fiskal siyasət və dövlət maliyyəsi”, “ekonometriya-iqtisadi statistika”, “mühasibat uçotu,” “iqtisadi nəzəriyyə”, “ümumi iqtisadiyyat”, “dünya iqtisadiyyatı”, “qida məhsullarının texnologiyası”, “maşınlar, avadanlıqlar və proseslər” və “istehsalın təşkili (sahələr üzrə)” ixtisasları üzrə aparılır.

Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur. Dissertantura üzrə müsabiqədə iştirak edən namizədlər, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətlərə, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır. Yüksək nüfuzlu beynəlxalq jurnallarda məqalə dərc etdirən namizədlərə üstünlük veriləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirəcəklər.
Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu 22 yanvar 2018-ci ilədək hər həftənin I-V günləri saat 10.00-dan 16.00-dək aparılır.

Qəbul imtahanları isə yanvarın 26-da başlanacaq.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031