dini radikalizm və ekstremizmlə mübarizə

Tarixin bu günü: Əməkdar incəsənət xadimi, Əmək və müharibə veteranı, onlarla mükafatlar laureatı Nurəddin Babayev anadan olmuşdur


23 Mart - Azərbaycanın görkəmli yazıçı - jurnalisti, alim, professor, publisist, Azərbaycanda Jurnalistika fakültəsinin əsas yaradıcılarından biri, yaşadığı dövrün incəsənət xadimləri sırasında uca zirvə tutmuş sənətkar Azərbaycan Yazıçilar İttifaqının üzvü, oçerk və publisistika şurasının sədri, 1954 - cü ildən SSRİ yazıçılar ittifaqının üzvü, oçerk və publisistika şurasının üzvü, Jurnalistlər ittifaqının üzvü və idarə heyətinin katibi, Əməkdar incəsənət xadimi, Əmək və müharibə veteranı, onlarla mükafatlar laureatı Nurəddin Babayev anadan olmuşdur!
Nurəddin Həsən oğlu Babayev 23 mart 1921 - ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ziyalı ailəsində böyümüşdür (Atası - Həsən Babayev, Anası - Zəhra xanım Babayeva). Onun böyük əmisi Çar ordusunun generalı olmuşdur. Nurəddin müəllim uşaq yaşlarından Bakı şəhərinə köçmüş, hələ məktəb vaxtlarından istedadlı, məqsədəyönlü və iradəli gənc kimi həm müəllimlərinin, həm də yaşıdlarının hörmət və diqqətini qazanmış Nurəddin Babayev orta məktəbi yüksək nəticələrlə bitirmişdir. Ailənin yaxın dostu kimi Əhməd Cavadı misal göstərə bilərik. Nurəddin Babayevin ilk yaradıcıllıq fəalyyətində dahi şairimizin rolu böyük olmuşdur.
Dövrünün ən savadlı və gözəl qadınlarından olan Quliyeva Azərtac xanımla ailə həyatı qurmuşdur. Böyük Vətən müharibəsində ön cəbhələrdə vuruşmuş, ağır yaralanmış və baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır. ADU-nun(indiki BDU-nun)filologiya fakultəsinə daxil olmuşdur. Nurəddin Babayevə o dövrün məşhur ədibləri, mütəfəkkirləri dərs demişdir. Bu dahi pedaqoqlardan Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və s-nin Nurəddin müəllimin həyatında rolu olduqca güclü idi. Hətta zaman keçdikcə bu tələbə-müəllim münasibətləri çox dərin, gözəl ailəvi dostluq münasibətlərinə çevrilmişdir. Əlbəttə ki, bütün bunlar Nurəddin Babayevin həyatında fundamental rol oynayırdı.
Nurəddin müəllimin yaxın dost və silahdaşları Mir Cəlal Paşayev, Aslan Aslanov, Nəsir İmanquliyev, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Famil Mehdi və s. dahi yazıçı, pedaqoq, mütəfəkkirlər olmuşdur. Sözsüz ki, bu dostluq Nurəddin Babayevin yaradıcılığında öz güclü əksini tapıb, bu misilsiz, gözəl yaradıcılığı daha da dolğun və mənalı edir. Eyni zamanda Nurəddin Babayevin dostları arasında gürkəmli dövlət xadimləri Tofiq Bağırov, Rafiq Əsgərov, Kamal Bədəlov, Sabir Qasımov və s. olmuşdur.
1943 - 1945 - ci illərdə "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini, 1953 - cü ildən isə "Uşaqgəncnəşirdə" baş redaktor və eyni zamanda olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Azərbaycanda jurnalistika fakultetinin olmamasından 1928 - ci ildən filologiya fakultəsi nəznində jurnalistika şöbəsi fəaliyyət göstərirdiyindən o dövr yetişən gənc nəsil jurnalistlər üçün çərçivələr yaradırdı. Nəhayət ki, 1969 - cu ildə alim,yazıçılarımız və Nurəddin Babayevin səyləri başda olmaqla universitetdə "Jurnalisitika" fakultəsi yaradıldı. Eyni zamanda Jurnalistlər ittifaqının təşkilində Nurəddin müəllimin rolu olduqca böyük və məhsuldar olmuşdur.
ADU - nu(BDU) bitirdikdən sonra yaradıcılıqla eyni zamnda elmi-pedaqoji fəliyyətə başlamışdır. 1953 - cü ildən jurnalistika kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. O, 1958 - ci ildə "Azərbaycanda bədii oçerkin inkişafı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi, daha sonra filologiya elmləri doktoru alimlik drəcəsini almışdır. 1962 - ci ildə "jurnalistika" kafedrası üzrə dosent, 1981 - ci ildə isə professor elmi rütbəsində təstiqlənmişdir.
Dəfələrlə müxtəlif elmi, mədəni, ictimai işlər və proyektlər ilə əlaqədar Fransa, Kuba, Bolqarıstan, Finladiya, SSRİ respublikalarında və s. ölkələrdə olmuşdur. Eyni zamanda bu ölkələrdə də məqalə və əsərləri çap olunmuşdur. Ömrünün sonuna qədər öz misilsiz pedaqoqik, jurnalistika, yazıçılıq məharəti və təcrübəsi ilə tələbələri ilə bölüşür, onların elmi, mədəni sahədə möhkəmlənməsinə şərait yaratmış və dövrünün əsərləri, məqalələri ən çox çap olunan yazıçısı olmuşdur.
Azərbaycan Yazıçilar İttifaqının üzvü, oçerk və publisistika şurasının sədri, 1954 - cü ildən SSRİ yazıçılar ittifaqının üzvü, oçerk və publisistika şurasının üzvü, Jurnalistlər ittifaqının üzvü və idarə heyətinin katibi, Əməkdar incəsənət xadimi, Əmək və müharibə veteranı, onlarla mükafatlar laureatı adına layiq görülmüşdür.
25 sentyabr 1991 - ci ildə dahi pedaqoq, jurnalist və yazıçı Nurəddin Babayev 70 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etmiş, 27 sentyabrda isə onlarla məşhurlarımız və görkəmli yazıçının ailə və qohumlarının iştirakı ilə BDU - da keçirilən vidalaşma mərasimdən sonra II Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

İlham Əliyev

Oxunub: 861
Oxşar xəbərlər
SON XƏBƏRLƏR