dini radikalizm və ekstremizmlə mübarizə

Zərif xanımların görüşü: qadın həmrəyliyi və pozitiv enerjinin ünvanı


Green Start Academy Təlim və İnkişaf Mərkəzi ilə Günəş Psixoloji Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə 1 fevral tarixində “Zərif xanımların görüşü” növbəti səhər yeməyi süfrəsi ətrafında baş tutdu. Görüş qadın həmrəyliyini gücləndirmək, qadın enerjisini üzə çıxarmaq və qarşılıqlı dəstək mühiti yaratmaq məqsədi daşıyırdı.
Tədbiri layihə rəhbəri və yoqa mütəxəssisi Zeynəb Təqəvi açaraq xanımları salamladı, onlara xoş diləklərini çatdırdı. Ardınca Green Start Academy-nin rəhbəri, pedaqoq, “Valideyn Məktəbi”nin təsisçisi Aysel Rəsulzadə çıxış edərək görüşün məqsədi, qadınlara verə biləcəyi mənəvi və sosial faydalar barədə danışdı. O vurğuladı ki, bu cür görüşlər qadınların bir-birinə dayaq olması, öz potensiallarını kəşf etməsi və cəmiyyətdə qadının vacibliyini göstərməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səmimi və isti atmosferdə keçən görüşdə iştirak edən 70-ə yaxın xanım eyni süfrə ətrafında bir araya gələrək həm səhər yeməyini, həm də şəxsi və peşəkar təcrübələrini bölüşərək, özlərini təqdim etdi, fikir mübadiləsi apardı və müxtəlif interaktiv oyunlarda iştirak etdilər.
Proqram çərçivəsində birlikdə şükür meditasiyası həyata keçirildi, niyyət kartları paylanaraq arzu və hədəflər paylaşıldı. Tədbirə gələn hər bir xanımın qızılgüllə qarşılanması isə görüşə xüsusi zəriflik və dəyər qatdı.
“Zərif xanımların görüşü” qadınların həmrəylik, dəstək və inkişaf ruhunda bir araya gəldiyi, motivasiya və ilham aldığı bir platforma kimi yadda qaldı. Təşkilatçılar layihənin davamlı olacağını və gələcəkdə daha geniş miqyasda keçirilməsinin planlaşdırıldığını bildirdilər.




Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR