Rəqsanə İsmayılova oğlunun doğum günündə şəhidlər xiyabanın ziyarət etdi
Djb. Az xəbər verir ki. Son günlər geyimi ilə tənqid olunan Rəqsanə İsmayılova oğlunun anadan olduğu günü bir çox tanınmışlardan fərqli olaraq təmtərahlı qeyd etmədi. Tanınmış müğənni uzun illər Moskvada yaşamış olduğu üçün övladını şəhidlər xiyabanına gətirə bilmədiyini bildirmişdir.
Məhz doğum günündə oğluna Azərbaycan Respublikasının qəhrəmanlarını tanıtmaq İstədiyini bildirən müğənni, bu doğum gününün oğlunun yaddaşında həkk olacağını qeyd etmişdur. Rəqsanə İsmayılova şəhid ailələri və qəhrəman qazilərimizlə şəhidlər xiyabanın ziyarət etmişdir.
Övladına şəhidlərimizi tanıdaraq məzarları ziyarət edən Rəqsanə xanımın bu addımı sosial mediada izləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir. Rəqsanə İsmayılovanın övladının doğum günündə şəhidlər xiyabanında olması izləyicilər tərəfindən çox müsbət qarşılanmışdır. İzləyicilərin rəylərində hələ bu günə kimi heç bir məşhurun belə bir addım atmadıqını qeyd edilmişdir.
Onuda qeyd edək ki, Rəqsanə İsmayılova pandemiya dövründə və 2020- ci il vətən müharibəsində Azərbaycan ordusunda xidmət edən əsgərlərimizə həm maddi ,həm mənəvi dəstəy göstərmişdir.
Rəqsanə İsmayılova hər zaman şəhid ailələrinin yanında olmuş və şəhidlər üçün ehsan süfrəsi vermişdir.