dini radikalizm və ekstremizmlə mübarizə

Kamran İmanov: “İşğaldan azad olmuş ərazilərlə bağlı böyük planlar var”

Baxış Sayı:234

Kamran İmanov: “İşğaldan azad olmuş ərazilərlə bağlı böyük planlar var”

“İşğaldan azad olmuş ərazilərlə bağlı böyük planlar var”.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

O bildirib ki, hətta bununla bağlı proqram da var: “Bizim təşkilat da həmin proqramda fəal iştirak edir. Erməni saxtakarlığı nəticəsində dəyişdirilən və dağıdılan abidələrimiz onların əsl sahiblərinin nə zaman və hansı yollarla tikdirilməsini göstərməkdir. İşğaldan azad olunan ərazilərimizdəki bütün abidələr, o cümlədən xristian abidələri Azərbaycana məxsusdur. Ancaq vacib məsələ ondan ibarətdir ki, həmin abidələrin Azərbaycana məxsus olduğunu göstərək”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR