dini radikalizm və ekstremizmlə mübarizə

CENTCOM: “Abraham Linkoln" İranın hava məkanına dənizdən hakim olmağa davam edir

CENTCOM: “Abraham Linkoln" İranın hava məkanına dənizdən hakim olmağa davam edir


ABŞ-ın Mərkəzi Komandanlığı – CENTCOM SEPAH-ın "Abraham Lincoln" təyyarədaşıyan gəmisi ilə bağlı iddialarını yalanlayıb.

Bu barədə CENTCOM məlumat yayıb.

CENTCOM SEPAH-ı yalan yaymaqda ittiham edib.

“SEPAH bir daha ABŞ-ın "Abraham Lincoln" təyyarədaşıyan gəmisini sıradan çıxardıqlarını bildirir. Bu, əvvəllər də bir neçə dəfə gəmini məhv etdiklərini iddia etmələrindən sonra baş verib. Aydınlıq üçün qeyd edək ki, “Abraham Linkoln" aviadaşıyıcısı İranın hava məkanına dənizdən hakim olmağa davam edir”, - məlumatda deyilir.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə zərbə endirildiyi barədə məlumat yayıb.

Apa

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR