dini radikalizm və ekstremizmlə mübarizə

Hətta faşistlər ermənilərin indi etdiklərini etmirdi – Hanukayev


Gəncənin dinc sakinlərini atəşə tutan hər kəsi beynəlxalq qanunlara uyğun mühakimə etmək lazımdır.

NOCOMMENT.az xəbər verir ki, bunu “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Kiryat Byalik şəhər bölməsinin rəhbəri Sevin Hanukayev Trend-ə açıqlamasında deyib.

O, bunun əsl soyqırım olduğunu qeyd edib:

“Smerç”, “Qrad”, “Toçka U” kimi raketləri dinc sakinlərin üzərinə buraxmaq qadağan olunub.

Biz əmin olduq ki, Ermənistan humanizmin nə olduğunu bilmir.

Ermənistanın bu əməlləri təkcə Azərbaycan xalqına deyil, həm də Rusiya xalqına qarşı yönəlib. Hər iki tərəf atəşkəsə razı olduqdan sonra bu cür addım atmaq faşizmdən də pisdir. Hətta faşistlər də ermənilərin indi etdiklərini etmirdilər”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) barədə danışan ekspert bildirib ki, əgər Rusiya bu təşkilatı buraxsa, ya da Ermənistanı üzvlükdən uzaqlaşdırsa, bu, düzgün addım olacaq.

Oxunub: 414
Oxşar xəbərlər
SON XƏBƏRLƏR