dini radikalizm və ekstremizmlə mübarizə

Kürdəmirin bir kəndində koronavirusa KÜTLƏVİ YOLUXMA

Kürdəmirin bir kəndində koronavirusa KÜTLƏVİ YOLUXMA

Kürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma qeydə alınıb. ”Report” xəbər verir ki, kəndin 31 sakininin koronavirus infeksiyasına yoluxması aşkarlanıb. Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar. Xəstələrin sayının artacağı isə istisna olunmur. Qeyd edək ki, bir müddət əvvəl rayonun Sığırlı kəndində də təhlükəli infeksiyaya kütləvi yoluxma halı qeydə alınıb.

Oxunub: 620
Oxşar xəbərlər
SON XƏBƏRLƏR