dini radikalizm və ekstremizmlə mübarizə

Qonşu ölkələrdəki arxiv sənədlərimizin araşdırılmasına başlanılıb - Anar Kərimov

Qonşu ölkələrdəki arxiv sənədlərimizin araşdırılmasına başlanılıb - Anar Kərimov

"Mədəniyyət Nazirliyi olaraq hazırda bir layihənin üzərində çalışırıq".

Djb.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri, Mədəniyyət naziri Anar Kərimov "Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.


"Bu layihə çərçivəsində qonşu dövlətlərdə olan arxiv sənədlərinin araşdırılması və bu sənədlər əsasında tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda Azərbaycana aid tarixi faktlar tarix mədəniyyət abidələri haqqında tədqiqatın həyata keçirilməsi və bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliğ edilməsi nəzərdə tutulub"- nazir bildirib.

Nazir bərpa və quruculuq işlərinin digər tarixi torpaqlarımızda davam etdiriləcəyinə inamını ifadə edib:

"Artıq zaman dəyişib. Ermənistan Respublikası tərəfindən 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan doğma torpaqlarımız müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilib. İndi həmin ərazilərdə quruculuq işləri aparılır. İnfrastruktur layihələri ilə bərabər tarixi-mədəni abidələrimiz də bərpa olunub öz əvvəlki simasına qaytarılır. Əminik ki, bu işlər də eyni zamanda cənab Prezidentimizin də söylədiyi kimi, bizim tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda da baş verəcəkdir",- deyə o söyləyib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR