dini radikalizm və ekstremizmlə mübarizə

"SARI AŞIQ" ƏDƏBİ MƏCLİSİNİN YAZIN GƏLİŞİNƏ HƏSR OLUNMUŞ TƏDBİRİ KEÇİRİLDİ.


Xəbər verdiiyimiz kimi, martın 15-də Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Everest" restoranında "Sarı Aşıq" Ədəbi Məclisinin yazın gəlişinə həsr olunmuş növbəti tədbiri keçirildi. Tədbirin mövzusu yazın gəlişinin müjdələrindən olan nərgiz gülünə həsr olunan şeirlər idi. Tədbir bir növ müsabiqə qismində keçirildi. Tədbiri giriş sözü ilə Ədəbi Məclisin rəhbəri, görkəmli şair, publisist Adil Cəfakeş açaraq məclis üzvlərini və gələn qonaqları salamladı, ilk öncə keçən həftə olan 8 Mart - Beynəlxalq Qadınları Günü münasibəti ilə xanımları, sonra isə ad günü və yubileyləri olanları və qarşıdan gələn Novruz və Ramazan bayramları və dəyərli ziyalımız, şair, jurnalist Raqif Nazimoğlunu Türkiyə Uluslararası Akademiyasın "Qızıl Medalı " və "Fəxri Professoru Diplomu" ilə təltif olunması münasibəti ilə təbrik etdi. Sonra Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Vahid Çəmənli, Mürvət Qədim oğlu Həkəri və Qəzənfər Məsimoğlu münsiflər heyəti seçildilər və ilk öncə öz şeirlərini söylədilər. Sonra Raqif Nazimoğlu, Xəlil Əhmədoğlu, Yasəmən Möhübbətqızı, Yunis Qaraxanlı, Əzizə Ağahüseynqızı, Xəlil Mirzə, Hicran Əhmədli, Surxay Məhəmmədoğlu, Elza Rəşad, Sədi Yaradanqulu, Bayram Aşıqlı, Lətifə Rəşid, Səringül Səda, Hüseyn Sözlü, Qulu Xaləddinoğlu, İldırım Əlişoğlu, Brilyant Xanım, Alim Aslanoğlu, Nazlı Yazar, Həmzə Həqqani, Güllü Eldar Tomarlı bayramlar və ad günləri münasibəti ilə məclis üzvlərini, qonaqları və səbəbkarları təbrik edərək nərgiz gülünə aid və başqa mövzularda şeirlərini səsləndirdilər.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

Hazırladı : Yunis Qaraxanlı.

16.03.2026. / 05:12.
(#müəllif_hüquqları_qorunur .)




Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR