Qoy Dədə Qorqudun "Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən – qorumağa dəyməz" deyim-öyüdününün işıgında Azərbaycanımız abad, işimiz avand, könüllər şad olsun.
Dörd ünsür çərşənbə: Su, Od, Yel, Torpaq
Dünyanın yaranış mənzərəsidir.
Əsrlər öncədən gələn bu soraq
Torpağın oyanış zümzüməsidir.
Günəşgözlü səhər nə xoş açılıb,
Bir novruz soraqlı Su çərşənbəsi.
Sulardan aynatək işıq saçılıb,
Artıq gəlməkdədi quşların səsi...
Müjdələr gətirsin Od çərşənbəsi,
Qoy olsun həmişə ocaqlar odlu.
Artsın könülllərin şövqü-cilvəsi,
Olsun bol nemətli, süfrələr dadalı.
Yel çərşənbəsinin əsintiləri
Torpağın üzünə bir sığal çəkir.
Gül ətirli yazın gəlir həniri,
Gəlsin elimizə bərəkət, xeyir.
İlaxır çərşənbə öz gəlişiylə
Libas biçməkdədi torpağa sanki.
Boz ay xəyallanır boz gedişiylə.
Yetişsin bahara fərəhlə təki!..
Tapdıq ƏLİBƏYLİ
Oxunub: 0