dini radikalizm və ekstremizmlə mübarizə

Gənc müğənni Rubail Əzimov Şairə Nailə Adilqızının "Şəhid Anası" şerinə mahnı bəstələdi


Djb.az xəbər verir ki, son aylar 44 günlük Vətən müharibəsi dönəmində xalqımız öz birliyini bir daha dünyaya nümayiş etdirdi. Hər bir sahədə insanlar vətənpərvərlik göstərdilər. Həkimlərimiz səfərbər olaraq döyüş bölgələrinə axışdılar, yazarlar minlərlə vətənpərvərlik mövzusunda əsərlər yazdılar, incəsənət xadimləri şəhidlərimizin şəninə yüzlərlə mahnılar bəstələdilər, müğənnilər repertuarlarında yalnız vətənpərvərlik mövzularında mahnılar ifa etdilər, hərbiçilərimiz canları bahasına torpaqlarımızı işğaldan azad etdilər, xalqımızın igid oğulları könüllü olaraq ordu sıralarına yazılaraq 30 il alnımıza yazılan qara ləkəni silməyə yol aldılar və Qələbəylə, Zəfərlə geri döndülər. Amma bu qələbə bizə acılarda yaşatdı minlərlə Şəhid verdik o, Şəhidlərin canı bahasına qazandığımız Zəfərə görə hər zaman Şəhid ailələrinə borcluyuq. Övladlarının nəşini çiyinlərində daşıya o qəhrəman qadınların haqqı ödənilməzdir.
Şairə Nailə Adilqızı da məhz "Şəhid Anası" şeri ilə anaların iztirabını, yetişdirdikləri övladların igidliyini, ülvi analıq məhəbbətini öz şerində əks etdirib.
Onu da qeyd edək ki, Nailə Adilqızının vətənpərvər şeirlərinə yazılan mahnılardan "İgid Əsgər" Cahangir Qurbanov, "Şəhidlər" İlqar Muradov, "Zəfər çalan ulu dövlət" Aşıq Samirə və bir çox şerləri müxtəlif bəstəkarlar tərəfindən bəstələnərək müğənnilər tərəfindən ifa olunub.
Gənc müğənni Rübail Əzimov da şairə Nailə Adilqızının sözlərinə yazılmış "Şəhid Anası" mahnısını ifa etdi və bu mahnı dinləyicilər tərəfindən rəgbətlə qarşılandı. Onu da qeyd edək ki, mahnının musiqisi gənc müğənni Rubail Əzimova məxsusdur.
Allah Şəhidlərimizə rəhmət etsin.

Oxunub: 3 724
Oxşar xəbərlər
SON XƏBƏRLƏR