dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın dünya şöhrətli idmançısı, “Rizin Gran Pri”nin qalibi Tofiq Musayev “Bellator MMA” ilə müqavilə imzalayıb.


Djb.az xəbər verir ki, ABŞ-da 2008-ci ildə təsis olunmuş “Bellator MMA” dünyada MMA döyüşlərini təşkil edən nüfuzlu təşkilatlardan biridir.
Onu da qeyd edək ki, həmyerlimiz Tofiq Musayevin “Bellator MMA” ilə imzaladığı müqavilə çərçivəsində idmançımızın dörd döyüş keçirməsi nəzərdə tutulur.
Tofiq Musayevin bu günə qədər keçirdiyi döyüşlərinin rekordu 18:4-dür. O keçirdiyi 18 döyüşdən 14-ündən qələbə ilə ayrılmışdır.
İdmançımız bu günə qədər UFC, Rizin, Bellator kimi bir sıra təşkilatlarının döyüşçüləri ilə qarşılaşaraq bayrağımızı yüksəklərə qaldırmağa nail olmuşdur.

Oxunub: 1 649
Oxşar xəbərlər
SON XƏBƏRLƏR