» » Azərbaycan millisi hazırlığı Rusiyada davam etdirəcək

Azərbaycan millisi hazırlığı Rusiyada davam etdirəcək

  • 16-07-2019, 14:16
  • idman
  • 93
Azərbaycan millisi hazırlığı Rusiyada davam etdirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Bolqarıstandakı təlim-məşq toplanışını başa vurub.

APA-nın məlumatına görə, italiyalı mütəxəssis Covanni Kapraranın rəhbərlik etdiyi komanda 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlığın növbəti mərhələsi üçün Rusiyaya yollanıb.

Voleybolçularımız burada məşq çərçivəsində bir neçə yoxlama matçı da keçirəcək. Millimiz daha sonra Türkiyəyə, oradan isə yarışın baş tutacağı Braziliyaya gedəcək.

Qeyd edək ki, 4 gün öncə Bolqarıstana yollanan Azərbaycan yığması burada 2 sınaq oyunu da keçirib. Voleybolçularımız yerli milli komandaya ilk qarşılaşmada 1:3 (23:25, 19:25, 25:21, 25:27) hesabı ilə uduzubsa, ikinci görüşdə eyni hesabla qalib gəlib – 3:1 (25:23, 25:14, 17:25, 25:21).
Oxşar xəbərlər
«    Ocak 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031