dini radikalizm və ekstremizmlə mübarizə

Xocalı faciəsində günahkar olanlar hələ də cəzalanmayıblar

Baxış Sayı:235


Biz sabah Xocalı soyqırımın növbəti il dönümü qeyd edirik ((
İndiyə kimi bütün dünya ölkələri Xocalıda törədilən qətliama susur və susmaqdan davam edir. Bu soyqırımı törədənlər isə hələ də azadlıqda gəzirlər. Düzdü 3-cü Qarabağ müharibəsində, daha doğrusu, Vətən müharibəsi zamanı, həmin daşnakların bir necəsini Silahlı Qüvvələrimizin qəhrəman oğulları tərəfindən məhv edildi. Digər terrorçular isə hələ də azadlıqda, yəni Xankəndində rahat yaşayırlar. Onların rahat gəzməyinə isə Rusiya dövləti və onun Qarabağda olan Sülhməramlı qüvvələri şərait yaradır.
Onu da deyim ki, Xocalı qətliamı zamanı vətəndaşlarımıza dövlət tərəfindən sahib çıxmayan məmurlarımızın da günahı az olmayıb, belə ki, Xocalı faciəsi zamanı, Xocalının bütün icra strukturlarında rəhbərlik edənlər Xocalını faciədən öncə tərk etmişdilər. Həmin tərk edən məmurların bir qismi artıq həyatda yoxdurlar, digərləri isə təqaüddə, bir neçəsi isə indiyə kimi dövlət orqanlarında çalışır , yada kı Millət Vəkilidir. Yəni, içimizdə Xocalı faciəsində vəzifə borclarını yerinə yetirməyiblər. İndi isə Xocalıda törədilən faciəyəyə görə cəzasız qalan məmurlarımız rahat yaşayırlar. Görəsən onlar vicdan əzabı çəkirlərmi ?
Xocalı faciəsi zamanı Şəhid olmuş bütün balalara, bacı və qardaşlarımıza Allah rəhmət eləsin. Allah bizlərə səbr versin. Amin !
İnanıram ki Xocalı sakinləri tez bir zamanda onlara doğma olan Xocalıya qayıdacaqlar.



Mirmais Mirəzizoğlu
ASQZ.qmv
DJB.az (Dunya Jurnalistlər Birliyi)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR