dini radikalizm və ekstremizmlə mübarizə

Djb.az Ramiz Zeynalovu təbrik edir.

Baxış Sayı:369


19 Fevral - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general - mayoru Ramiz Zeynalovun doğum günüdür!
. Ramiz Məhəmmədəli oğlu Zeynalov 19 fevral 1951 - ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968 -vci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973 - cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985 -vci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir.
Əmək fəaliyyətinə 1973 - cü ildə Dövlət Plan Komitəsinin Elmi - Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974 - 1975 - ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975 - ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir.
1976 - cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976 - cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994 - cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994 - cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
1995 - ci ildə "İgidliyə görə" medalı, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə "polis general - mayoru" rütbəsi verilmiş, 2006 - cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Tovuz rayonu sabiq İcra hakimiyyətinin başçısı Tofiq Zeynalovun qardaşıdır.
Ailəlidir, bir övladı var.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR