dini radikalizm və ekstremizmlə mübarizə

Relax İstirahət Mərkəzindən yalan xəbər yayımlandı – AÇIQLAMA + ŞƏKİL +VİDEO

Relax İstirahət Mərkəzindən yalan xəbər yayımlandı – AÇIQLAMA + ŞƏKİL +VİDEO

Bu gün bir sıra şəxslər facebookda Lerik rayonunda yerləşən Relax İstirahət Mərkəzində qəlyan istifadəsi halının aşkar edildiyini və karantin qaydalarının kobud şəkildə pozulduğubu iddia etmişdir. Bəzi dırnağarası internet portalları da (media saytı demək gülüncdür) fürsətdən istifadə edib heç bir araşdırma etmədən məlumat paylaşırlar.

Məsələ ilə bağlı Elcan Məmiyevə açıqlamasında bildirən Relax İstirahət Mərkəzinin icraçı direktoru Azər Mirzəyev qeyd edib ki, Relax İstirahət Mərkəzində hazırda qəlyan istifadəsi qadağandır. Bununla bağlı xatırladıcı qeydlər də qeyd etdiyimiz istirahət mərkəzində yapışdırılıb.

Qeyd edək ki, Azər Mirzəyev videoya da münasibət bildirib. İcraçı direktor qeyd edib ki, çəkilən video həqiqətən də Relax İstirahət Mərkəzində çəkilib. Amma həmin video bu il yox, keçən il istirahət mərkəzimizdə çəkilib.

Burdan az öncə vurğuladığımız internet portallarına da səslənib söyləmək istərdik ki, fürsətdən istifadə etmək bir media saytına yaraşan hərəkət deyil! Ən azından özünü “media” adlandıran hər bir informasiya portalı xəbəri araşdırıb məlumat tirajlamalıdır.

Xəbər24 olaraq Relax İstirahət Mərkəzində çəkilmiş xatırladıcı yazıları, elanları sizlərə təqdim edirik:

Oxunub: 535
Oxşar xəbərlər
SON XƏBƏRLƏR