dini radikalizm və ekstremizmlə mübarizə

"Vəfa sosial ptoblemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli Abşeron rayon sakinlərinə müraciət etdi


Hörmətli Abşeron rayonunda yaşayan sakinlər:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Abşeron rayonu üzrə pandemiya ilə əlaqədar kordinator mən seçilmişəm.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Real TV 1 iyul 2020-ci ildən etibarən dövlətimizin yeni növ koronavirus infeksiyasına qarşı apardığı mübarizə tədbirlərinə ictimai dəstəyi daha da gücləndirmək məqsədilə "qaydalara əməl et, cəmiyyəti qoru" adlı yeni ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayır.
İctimai kampaniya ilk növbədə Operativ Qərargah tərəfindən ciddi karantin rejiminin tətbiq edildiyi Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda həyata keçirilir.
İctimai monitorinq və məlumatlandırma kampaniyası çərçivəsində ictimai yerlərdə, xüsusilə ictimai nəqliyyatda (metro və avtobuslar) marketlərdə, apteklərdə, o cümlədən yas mərasimlərində epidemiya əleyhinə rejimin, sanitariya- gigiyena və karantin rejimlərinin tələblərinə, fərdi qoruyucu vasitələrdən istifadə qaydalarına vətəndaşlar, hüquqi və fiziki şəxslər tərəfindən necə əməl olunması vəziyyəti yoxlanılacaq.
Karantin rejiminin pozulma halları, eləcə də vətəndaşların üzləşdiyi problər olduğu halda Absheron rayonun sakinləri mənə müraciət edə bilərlər.
Karantin rejiminin pozulması ilə bağlı yuxarıda qeyd olunan hallarla dair mənim e-mail [email protected] ünvanıma kiçik həcmdə gündəlik məlumatın göndərilməsi xahiş edirəm. Karantin rejiminin pozulması hallarına dair foto və video material olarsa onu e-mail ünvanıma göndərmənizi xahiş edirəm.

Hörmətlə:

Fatimə Hacıbəyli

Oxunub: 945
Oxşar xəbərlər
SON XƏBƏRLƏR