dini radikalizm və ekstremizmlə mübarizə

Fizuli Məmmədov soydaşlarımız üçün hər kəsə örnək olacaq daha bir addım atıb.


Djb.az xəbər verir ki, məlum koronavirus pandemiyası ilə bağlı Rusiya Federasiyasında da müxtəlif səpkili qərarlar qəbul olunub. Bir çox ölkələrə aviareyslər dayandırılıb. Məhz bu addımdan sonra ölkənin müxtəlif şəhərlərindəki,o cümlədən paytaxt Moskvadakı havalimanlarında minlərlə insan qalıb. Onların içərisində xeyli sayda azərbaycanlılar da var. Neçə gündür hava limanlarında qalan soydaşlarımızın dəstəyə ehtiyclarının olması təbii ki, danılmazdır.
Bu dəstəyi isə Rusiyada yaşayan imkanlı azərbaycanlılar arasında ilk dəfə Rusiya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov göstərib. Belə ki, Rusiya Azərbaycanlıları İttifaqının üzvləri havalimanlarında qalan soyadaşlarımıza,o cümlədən müsəlmanlara isti yeməklər, çay, su, kofe, nəm salfetlər, qoruyucu maskalar və digər qidalar paylayıblar. Onlara maddi və mənəvi dəstək göstəriblər.
Qeyd edək ki,F. Məmmədovun göstərişi ilə soydaşlarımızın qida təminatı hər gün həyata keçirilir. Göstərilən bu diqqət və qayğıya görə soydaşlarımız, həmçinin başqa xalqlardan olan müsəlmanlar Fizuli Məmmədova və Rusiya Azərbaycanlıları İttifaqının üzvlərinə minnətdarlıqlarını ifadə ediblər.

P.S. Onuda qeyd edək ki, Fizuli Məmmədov çox uşaqlı və imkansız ailələrə dəstəy olmaq üçün siyahiya alınan hər bir ailəyə yardımlar göndərir. İnsanların sıxıntılı günlərində onlara dəstəy olur.

Atalar deyir "Əl tutmaq Əli ə.s. qalıb ".

F. Məmmədov hər zaman cömərdliyi ilə insanların harayına çatır.
Almaz İlahə

Oxunub: 553
Oxşar xəbərlər
SON XƏBƏRLƏR