» » Kanadada koronavirusa yoluxanların sayında rekord göstərici

Kanadada koronavirusa yoluxanların sayında rekord göstərici

  • 17-04-2020, 09:52
  • dunya
  • 61
Kanadada koronavirusa yoluxanların sayında rekord göstərici

Kanadada son sutka ərzində koronavirusa yoluxanların sayı 1 711 nəfər artaraq 30 092-yə yüksəlib. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Daha əvvəlki rekord aprelin 2-də qeydə alınmışdı. Belə ki, sutka ərzində 1 655 nəfər koronavirusa yoluxmuşdu.

487,6 minə yaxın insan koronavirus testindən keçib. Daha çox yoluxma Kvebek (15 857), Ontario (8 961) və Alberta (2 158) əyalətlərində qeydə alınıb.

Kanadada koronavirusa ilk yoluxma halı yanvarın 15-də qeydə alınıb. İndiyədək ölkədə 1 193 pasiyent vəfat edib, 9,7 min insan sağalıb.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031