dini radikalizm və ekstremizmlə mübarizə

Bir ömrün 75-ci baharını qarşılayan


Yasəmən Möhübbətqızının işığında...

Bu işıq həmişə xalqın önündə olan

“Dövlət və qanun” qəzetini də nurlandırıb...

Nəhəng ağacların rişələri özündən on dəfələrlə uzun məsafəyə – dərinliyə baş vuraraq, yerin üst və şor süxurlarını dəlib keçir, saf-şirin su mənbələrini taparaq onlardan həmişəyaşarlıq şirəsi çəkir. O səbəbdən də belə nəhənglər uzunömürlü, təzə-tər, barlı-bəhrəli olur. Onların əzəməti göz oxşayır, kölgəsindən neçə-neçə insan faydalanır…

Haqqında söhbət açacağım mətbuat təmsilçisi də belə nəhənglərdəndir. Onun kökləri azadlıq və müstəqillik beşiyimizdən, demokratiyanın cücərdiyi dövrlərdən su içməyə başlayan qəzetlərin rişələri üzərində bərqərar olub. Bəlkə də ona görə həmişə xalqa yaxın olub, Azərbaycanın mənafeyini və yüksəlişini heç nəyin, heç kimin ayağına verməyib. Yaxşı deyiblər ki, ot kökü üstə bitər…

“Dövlət və qanun” qəzeti ötən iyirmi beş ildə enişli-yoxuşlu yol keçib. Müxtəlif siyasi burulğanlı dövrlərdə qəzet öz sözünü deyə bilib. Mövcud olduğu bu 25 ildə o, xalqın ehtiyacını, dərd-sərini unutmayıb. Bir də ki, qəzet xüsusi proqramla hərəkət edən “robot” deyil, onu insanlar hasilə gətirir və fəaliyyətini də insanlar müəyyənləşdirirlər. 25 yaşlı bu qəzetin də ömür yoluna möhür qoyan insan var. Burada vaxtilə ayrı-ayrı xasiyyətli, fərqli əqidəli, müxtəlif qabiliyyətli təcrübəli qələm sahibləri çalışıb, qəzetin formalaşmasına öz töhfələrini veriblər.

Jurnalistika aləmində belə bir zərb-məsəl var: “Hər bir qəzet öz redaktoruna oxşayır”. Yaxud bu fikri başqa deyimlə ifadə edirlər: “Qəzetin sifəti redaktorun sifətidir”.

Bu cür ağız deyimlərinin yaranması təsadüfi deyil. Doğrudan da, redaktor uzaq səfərlər gəmisini okean sularında mənzil başına çatdıran kapitana, yaxud uzun yol qət edən karvanın baş bələdçisi sarvana bənzəyir. Hər iki halda uzun və çətin yola çıxanların taleyi bu kapitan-bələdçilərin təcrübəsindən, səriştəsindən, hətta şəxsi keyfiyyətlərindən asılıdır. Qəzet də müəyyən bir yolun yolçusu olduğundan bu səfərin taleyi onu istiqamətləndirən redaktorun kimliyindən çox asılı olur.

Yasəmən Möhübbətqızı…

Təqdimata ehtiyacı olmayan qadın.

Tanıyan da, tanımayan da onu özünə dost bilir. O da tanıdı, tanımadı hər bir azərbaycanlıya dost münasibəti göstərir.

Onun bütün titulları adından sonra gəlir.

“Dövlət və qanun” qəzetinin baş redaktoru, 2004-2014-cü illərdə RVT-nın mətbuat katibi vəzifəsində çalışıb. 2 çağırış Parlament müxbiri olaraq MM - də oturub.

MŞ yaranması üçün 167 təşəbbüskar baş redaktorların sırasında olub. "Dövlət və Qanun" qəzeti MŞ- nın təsisçilərindən biridir..

Hazırda isə Azərbaycan Sahibkar Qadınlar Birliyində sədrin Regionlar üzrə müavinidir.

İstərdim ki, yaxından tanıdığım bu xanımı dostlarıma da tanıdım, haqqında müəyyən sizlərə maraqlı olacaq bilgilər verim...

ÖMÜRNAMƏSİNDƏN:

Yasəmən Əsgərova 31 yanvar 1952-ci ildə Ağsu rayonunun iqtisadiyyatında əvəzsiz xidmətləri olan, "Əməkdar Pambıq Ustası", “Qırmızı Əmək Bayrağı” ordenli Möhübbət Əsədovun ailəsində dünyaya göz açııb.

Orta məktəbdə oxuduğu illərdən fəallığı, biliyi, haqq-ədalət keşikçisi olması ilə seçilib.

Orta məktəbi 1969-cu ildə uğurla bitirib. Ali məktəbə qəbul imtahanlarından keçə bilməyən Yasəmən xanım ruhdan düşməyib, Rüstəm Əliyev adına Bakı Əczaçılıq Texnikumuna daxil olub. Texnikumu qırmızı diplomla bitirdikdən sonra Bakıdakı 53 saylı aptekdə çalışıb. Amma ali təhsil almaq istəyi onu rahat buraxmayıb və Azərbaycan Pedaqoji İnstitutunun Filologiya Fakültəsinin qiyabi şöbəsində təhsilini artırmağa nail olub

Yasəmən xanım həm də qayğıkeş anadır.
1973-cü ildə ailə həyatı qurub,
2 qızı, Vüqar adlı 1 oğlu var.


Artıq 2002-ci ildə öz istəyinə çatdı və anadan olmasının 50 illiyinə hədiyyə olaraq oğlu Vüqar Əsgərovun təsis etdiyi “Dövlət və Qanun” qəzetinin baş redaktoru kimi çalışmağa başladı.

İctimai həyatda da öz mövqeyi olan bu xanım tezliklə tanınmağa başladı. Belə ki, Respublika Veteranlar Şurası ilə mütəmadi əlaqələr yaradan
Yasəmən Möhübbətqızı bu qurumun Plenum üzvü, mətbuat xidmətinin rəhbəri seçilib və düz 10 il bu vəzifəni layiqincə icra edib.RVT- nin ilk HİK sədri olub.

Qeyd etdiyim kimi, Yasəmən Möhübbətqızı olduqca işgüzar, ünsiyyətcil bir xanımdır. Bu xarakteri Respublika Qadınlar Cəmiyyətinin (RQC) də diqqətindən yayınmayıb. Uzun illər bu təşkilatla da əməkdaşlıq edib, RQC sədri, mərhum prof.Zemfira Verdyevanın Regionlar üzrə müavini kimi respublikada qadın hərəkatının dirçəldilməsi işinin öhdəsindən ustalıqla gəlib. Qadın təşkilatının yerli şöbələrinin fəaliyyətinin bərpasında özü və baş redaktoru olduğu “Dövlət və qanun” qəzeti böyük rol oynayıb.
Yasəmən xanımın fəaliyyəti bununla bitməyib. Rahatlığın nə olduğunu bilməyən bu xanım yeni başlanğıcların önündə gedib.

O, Ümumdünya Sülh Federasiyası Azərbaycan Nümayəndəliyinin təşkil etdiyi seminarların fəal dinləyicisi olduğu üçün “Beynəlxslq Sülh Səfiri” diplomuna layiq görülüb.

2013-cü ildə ictimai həyatda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Ailə Uşaq Qadın Problemləri Dövlət Komitəsinin "Səmərəli Fəaliyyətə

Görə" Fəxri Diplomunu alıb...Yorulmaz ictimai xadimdir..

QİM- nin fəal üzvü, "Dostluq" Cəmiyyətinin Qadınlar Şurasının sədri, DAMM- nin məsul katibi, Eldar İsmayıl Böyüktürk Ocağının üzvü kimi bu gündə yorulmadan çalışır...

Yasəmən xanım dəfələrlə “Vətənpərvərlər” Cəmiyyətinin, “Mətbuatın inkişafına yardım” İctimai Birliyinin, Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” qəzeti redaksiyasının, Respublika Qadınlar Cəmiyyətinin, Respublika və Bakı Şəhər Veteranlar şuralarının, Ağa Musa Nağıyev adına “Milli dəyərlərin qorunması” İctimai Birliyinin, ASQ Birliyinin təsis etdikləri diplom və Fəxri fərmanlarla təltif olunub. “Vicdanlı qələm”, “Xan qızı Natəvan” və “Qızıl qələm” media sahəsində ona verilən mükafatlardır.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür...

Eyni zamanda o, Respublika Veteranlar Təşkilatının “30 il” yubiley, “Veteran həmrəyli”, “General Həzi Aslanov” yubiley, AVMVB- nin "25 İL" yubley medallarına, Rusiya Prezidenti V.Putinin imzaladığı “1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 75 illik”, AVMVB- nin "25 İL" yubley, Heydər Əliyev siyasətinin təbliğinə görə " Heydər Əliyev" medalına və digər mükafatlara layiq görülüb.

Hələ Yasəmən xanımın əməllərinin işiği cəmiyyətin maariflənməsində parlayacaq..

Doğum günün mübarək olsun !!

DAŞDƏMİR ƏJDƏROĞLU
Tanınmış JURNALİST

Oxunub: 4
Oxşar xəbərlər
SON XƏBƏRLƏR