Söz adamı olmaq Allahın bir lütfüdür. Söz adamı olaraq sözə dəyər verməyi bacarmaq da Allahın bəxş etdi zövqdür. Hər kəs şeri sevirmi? Məncə şeri, sənəti, sözü i hər kəs sevə bilməz...
Mən düşünürəm ki, Allah yer üzündə hər bir kəsə bir missiya verib. Kimi ixtiraları , kimi xidməti ilə millətinə xalqına yararlı olaraq verilən missiyanı həyata keçirir. Yazarlara isə Allah gözəl ruh ərməğan edib. Bu gözəl ruhlara malik olanlara birdə görünməyən bir ilham verib. Bunun adı istedaddır. Bu İlham dediyimiz nə zaman gəlib, nə zaman gedəcəyini isə heç kim bilməz. Şairlərin hər biri bəlkə də bu dediyimlə razılaşar, ilham gələrkən gecə yatağından qaldıraraq yazdırır səni. Yol gedərkən, hansısa bir şənlikdə və yaxud qəmli bir ortamda. Bu şairlərimizin İlham pərisi dediyimiz öz kefinin ağası olar. Bəzən içindən sənə üsyan etdirər, bəzən şimşəklər çaxdırar, bəzən qarlı qışdan bahara dönər, bəzən şaxtalı gecədə baharın ilıq nəfəsi olar... Budur yazar, budur şair ömrü.
Bu gün Dünya Jurnalistlər Birliyinin oxucularını yeni bir yaradıcılıqla tanışlıq gözləyir . Oxucularımızı gənc şair Rəşad Mahmud oğlunun qələminin inciləri ilə tanış edək.
Mahmudov Rəşad Mahmud oğlu 23.12.1979- cu ildə Qəbələ rayonunda anadan olub. 1998 -ci ildə orta məktəbi bitirir. 1999-cu ildə Ali məktəbə qəbul olsa da , ödənişli olduğu üçün təhsil almaqdan imtina edir.
2001-2003- illər həqiqi hərbi xidmətdə olaraq Vətənə borcunu verir.
2008 -ci ildə ADPU - nun İbtidai təhsilin təşkili və metodikası fakültəsinə qəbul olur. 2011 -ci il istedadına , arzusuna və bir neçə kitabın müəllifi olduğu səbəbindən , həmən Universitetin Filoloqiya Fakültəsinin qiyabi şöbəsinə köçürülür.
2017-ci ildə ADPU-nu bitirir.
2020-ci ilə qədər ixtisası üzrə əmək fəaliyyəti ilə məşgul olur.
2020 - çi ildən bu günə kimi özəl kiçik biznesə rəhbərlik edir. Rəşad Mahmudoğlu
(2011) ,, Sözə İlahidən qüdrət gərəkdi", (2013 )
,, Dünya Şərtlər dünyasıdır" (2019), ,,Yanlış Ünvan " adlı kitabların müəllifidir.
Almaz İLAHƏ
Müəllim
Nə qədər ucadır müəllim adı,
Zülmətdə parlayan işığa bənzər.
Ona yaraşıqdır elmi, savadı,
Şöhrəti, hörməti dünyanı gəzər.
Həkimin, hakimin, cümlə alimin
Sənəti yolunda müəllim dayanır.
İşıqlı həyatın, sonsuz aləmin
Sabahı, keçmişi nura boyanır.
Bu elə sənətdir, naşını sevməz
Cəfakeş olana minnətdar olar.
Təsadüf gələn də bir gün görünməz,
Bu da onun üçün böyük ar olar.
Könül bulandıran hər lmilçəyə» də
Kara da, kora da müəllim deyirik.
İmkan sahibinə, alverçiyə də,
Bəzən quldura da müəllim deyirik.
Yoxmu başqa bir ad hörmət naminə?
Hər kəsi müəllim adlandırmayaq!
Ehtiram göstərib, şöhrət naminə,
Onun saf adını bulandırmayaq.
Sevgi qatarına gecikirəm
Sevgi qatarına gecikirəm mən,
Məni bu qatardan gen salma, ya Rəbb!
Hələ çiçək açmıb arzum, diləyim,
Tezdir, saçlarıma dən salma, ya Rəbb!
Hər gəmi sahildən ünvana çıxır,
Mənim nə sahilim, nə ünvanım var.
Canıma od salıb hicran havası,
Mənim qəlb donduran neçə anım var.
Vüsala yetməyib nə qədər ürək,
Cahan gölə bənzər, mənsə bir balıq.
Yetiş fəryadıma, təklik can alır,
Lütfünü bəxş edər bizlərə Xaliq.
Bəzən
Heç zaman lmən» demə, mənliyin sınar,
lMənəm» deyənlərin axırı yoxdur.
Hərə bir biçimdə can fəda edir,
Mənə ürək göstər, paxırı yoxdur.
Həyat nə pislikçün, nə yaxşılıqçün,
Bir yuva deyil ki, havasın alaq.
Yaltaqlıq məddahı məst edir ancaq,
Biz də yaxşılığın qeydinə qalaq.
Ayıq ol, güvənmə təravətinə,
Canda təravət də qonaq kimidir.
Zor ilə ölçülmür dünyada heç nə,
Bəzən məharət də sınaq kimidir.
Ya Rəbb, insan azıbdır
Ya Rəbb, insan azıbdır, ömür dolaşıq düşüb,
Həya, ismət qeyb olub, haqsızlıq dağ aşıbdır.
Adəm oğlu aldanır şeytanın hiyləsinə,
İmanı gücdən düşüb, haqdan uzaqlaşıbdır.
İnsanların ilqarı, vüqarı da sarsılıb,
Yaxşılıq bəhrə vermir, pislik məst edir çoxun.
Dinə məhəbbət artıb, fəqət möminlər azdır,
Ac adamdan bir zərrə xəbəri yoxdur toxun.
Halal qismət yeyəni axmaq sanırlar indi,
Şeytana uyanların qibləsi də çaşıbdır.
Böyük-kiçik sayan yox, şərin hökmü qüvvədə,
Rəşadı qınamayın, tamah quduzlaşıbdır.
Əqidəm bütövdür
Əqidəm bütövdür, kənar dur, fələk,
Mənə arxa olmaz heç zaman səndən.
Nakəslər içidə tapmazsan məni,
Mən haqqa güvəndim ağlım kəsəndən.
Vətən mənə ana, anam Vətəndir,
Vətən arxamızda uca dağdı, bax.
Mən öz məsləkimdən əl çəkməmişəm,
Alnım açıq olub, üzüm ağdı, bax.
Pisliyi bacarmaz yaxşı adamlar,
Ünvanı səhv salmaq çaşmaq sayılmır.
Şeytana uyanlar min ildi yatır,
Qəlbi qara kəslər yatır, ayılmır.
Ancaq bəd əməllə öyünür iblis,
O, könül ovlayır xəlvəti gendən.
Əqidəm bütövdür, kənar dur, fələk,
Mənə arxa olmaz heç zaman səndən.
SevgilimRəbbim səni bədnəzərdən qorusun,
Gəlməyəsən yaman gözə, sevgilim.
Kaş ki, hicran heç düşməyə araya,
Aman vermə yalan sözə, sevgilim.
Gəl, birgə bu eşqi, şərdən döndərək,
Sevgi bağçasından gül-çiçək dərək.
Məndən soruşurlar: Nə vaxt göndərək,
Bu xoş elçiləri sizə, sevgilim?!
Sən xeyirdən güc tap, şərdən qorunaq,
Qəlbin hicranına gəl, birgə yanaq.
Sən mənə mehman ol, mən sənə qonaq,
Ömür toxunmasın közə, sevgilim.
Özümü axtarıram
Özüm özümdə azmışam,
Özümü soraqlayıram.
Tapa bilmirəm özümü,
Gizli-gizli ağlayıram.
Deyirlər ki, vaxt yetişir
Yar tap, həmdəm tap özünə,
Mən özümü tapanmıram,
Yar görünərmi gözümə?
Gah kül olub, gah da ocaq,
Öz közümü axtarıram.
Xoş ümidlə, xoş ovqatla,
Mən özümü axtarıram.
Əvəzsiz istiqbal, sonsuz səadət
Həyat bir çevrədir, xətləri əyri,
Qəlb qübar bağlayır sevgi anında.
Kimi bir manatın ehtiyacında,
Kimi milyardların həyəcanında.
Kimi bir körpənin olması üçün,
Yüz təbib dolanır, yüz dərman gəzər.
Kimi Yaradanın lütfündən qəflət,
Bətnində yaşayan körpədən həzər.
Kiminin taleyi qışa qərq olub,
Kiminin taleyi fəsli-bahardır.
Kimi həsrətinin dadını bilmir,
Kimi də ağrıya, acıya yardır.
Dostum, danışmağa söz çox, söhbət çox,
Ağı qara yoxmaq ruhuma yaddır.
Əvəzsiz istiqbal, sonsuz səadət
Həm halal zəhmətdir, həm təmiz addır.
Mən özgə bağına daş atammaram…
Mən özgə bağına daş atammaram,
Mənim də bağıma kimsə daş atar.
Donuza bənd olmam, fitrəti odur,
Pak adam içində sevgi yaşadar.
Həyat var, ruhsuzdur bir milçək qədər,
Sayıq ol, ey könül, ömür fanidir.
Ürək var, adama sevgi daddırır,
Ürək var qorxuncdur, sərt bir canidir.
Məqsədi bəllidir hər xırda sirrin,
Baxma ki, körpədir, həssasdır ancaq.
Gəl, birgə yeriyək bu tozlu yolu,
Mən sadə olmayım, sən də utancaq.
Ey gözəl
Sevgimiz can kimi dərmanını dartır, ey gözəl,
Sən vəfa göstərməyincə, ağrım artır, ey gözəl.
Bir baxışla könlümə yüz sevda çırpır gözlərin,
Hüsnün Ay kimi təmiz, qaşın kamandır, ey gözəl.
Sənsiz olmaq mənə şiddətli əzabdan da betər,
Sənlə olmaqsa mənə yazdı, bahardır, ey gözəl.
Həsrətə güc gələ bilsək, bizi candan eləməz,
Sən də bu eşqə münasib hava çaldır, ey gözəl.
Rəşadam, məftun olub, indi də şamtək yanıram,
Sən də pərvanə olub sor, bu, nə haldır, ey gözəl.
Oxunub: 78