dini radikalizm və ekstremizmlə mübarizə

Gülnarın poeziya inciləri


Çıxma Çölə

Başlayıb batil ilə haqq savaşı,
Mərd odur saxlaya sağ təndə başı,
Qalmasın bir daşının üstə daşı,
İstəsə kim ki bütün insan ölə
Dedilər çıxma çölə-çıxma çölə.!

Evdə qal,çıxma çölə yansa için,
Boş yerə sorma nədən, ya nə üçün,
Qurbağa qur-qurunu kəsmək üçün,
Sən də bir daş götürüb tulla gölə
Dedilər çıxma çölə-çıxma çölə.!

Düşünüb al önünə qoy papağı,
Bir ara evdə otur,qır topuğu,
Hamıda varsa əgər göz qıpığı,
Qırpınıb gözlərini təqlid elə,
Dedilər çıxma çölə-çıxma çölə.!

Hər işin hikməti var fikr eləyin,
Allahı yada salın, zikr eləyin,
Verdiyi hər nəfəsə şükr eləyin,
Bəlkə xoş günlərimiz bir də gələ
Dedilər çıxma çölə-çıxma çölə.

Maskalana, Maskalana

Bir qulaq as gələn səsə,
Şamildir qanun hər kəsə,
Kim ki, əməl eyləməsə,
Həbs eləyib bas kalona,
Maskalan a ! Maskalan a!

Çox ölçülüb dartılacaq,
"Çox maskalar yırtılacaq",
Bəşəriyyət qurtulacaq,
Çalxalana , çalxalana,
Maskalana , maskalana.

Ayılmır bəşər

Hələ də qəflətdən ayılmır bəşər,
Dördnala at çapır korona virus.
Haqqa qayıtmasa insanlıq əgər,
Dünyanı qoyacaq viranə virus.

Çinə mesajını göndərdi getdi,
ABŞ- I meymuna döndərdi getdi,
Avropa xalqını endirdi getdi,
İndi də yayılıb İrana virus.


İstəsə dəf edə çirkin virusu,
Torpağın altı da kirləşsin gərək
Rast gələr düz Altun Orana virus,
Gəlməsin qışlağa, Arana virus.

Nəyə lazım

Qulaqlarda söz olmasan
Danışmağın nəyə lazım.?
Ocaqlarda köz olmasan
Alışmağın nəyə lazım.?

İstisinə qızışmasan,
Şaxtasında büzüşməsən,
Gah forslanıb küsüşməsən
Barışmağın nəyə lazım.?

Dağ üstündə daş olmasan,
Göz üstündə qaş olmasan,
Gülnar , başdan baş olmasan
Yarışmağın nəyə lazım.?

Nuhun gəmisi

Qapıldım xəyalın xoş arzusuna,
Göylərin yeddinci qatına qalxdım.
Yetişdim nur saçan dan ulduzuna,
Dərib ürəyimin başına taxdım.

Qəlbim od alıb atəşə döndü,
Cismimi yandırıb torpağa gömdü,
Ruhumu uçurtdu, ulduz döndüm
Üfüqdə seyr edib hey ona baxdım.

Bəzən şimşək olub göyləri sökdüm,
Bəzən bulud olub göylərdə süzdüm,
Bəzən duman olub dağlara çökdüm
Dərdimi dağlara daşlara yaxdım.

Dağların dağ boyda dərd-qəmi oldum,
Ucsuz ümmanlarda tək gəmi oldum,
Tufanlı dağların həmdəmi oldum
Çırpınan dəryada axdıqca axdım.

Bəzən cana doydum,bəzən yoruldum,
Ümid yelkəninə möhkəm sarıldım,
Dəryalar qoynunda axdım, duruldum
Nuhun gəmisitək sahilə çıxdım.
Yazar => NƏZƏRLİ Gülnar Faiq qızı

Oxunub: 826
Oxşar xəbərlər
SON XƏBƏRLƏR