dini radikalizm və ekstremizmlə mübarizə

BU DA AYRILIĞIN SONU!



("Durna qatarının Leylacı köçdü" Elegiyasının davamı kimi)

...Bu da ayrılığın sonu.Sonun ayrılğı yaman ağrılı-acılı,dəhşətli olurmuş! Sarsıntılı,üzüntülü.Elə bil Kainat da buludları bir az Yerə yaxın göndərib ki,göz yaşları qurumasın.
Sən getdin...elə bil ki, dünya da boşaldı.Sən getdin...nədən yerin boş qaldı?
Mədfənin də qara libasa bürünüb.Sən getdin...heç bilmirəm hara getdin!
Hara baxıramsa,orda yerin görünür!
Yeddi oğul istərəm...bircə dənə qız-gəlin! Şəfəqin şəfəqləri də üz-gözünü oxşamadı.Görəsən,xəbəri oldumu,sən hardan vurdun,hara gəlib çıxdı?
"Gəlin Ocağa gələr"-Ocağa da bir gəlin gəlmişdi Yaqut adlı.Elə yaqut rəngində idi.İndi sənin yanındadır.Sən də o qərib gəlinə-dəyanətli,səbrli,mətanətli gəlinə...keşik çəkirsən.Sən nə qədər qayğılı,sayğılı bir həkimsənmiş! Sən nə qədər narahat,dinclik bilməyən kristal bir adamsanmış! Bəlkə insanlıq fəlsəfəsini sən yazmışdın.Onun-bunun o qədər dərdini çəkdin ki,özünün də sağalmaz dərdin oldu! Hamıya əlac oldun,illac oldun...tək özündən savayı.De...özünə necə qıydın.Bir də səndən olmayacaq...Bir də səndən gəlməyəcək...bu həyata,bu ömrə!
Qardaş-bacı məzarlığıdı,bu məzarlıq!
Bir Ocaqdır...yanar Ocaq! Anılan,sanılan...yad edilən,anar Ocaq!
...Malik müəllim göndərmişdi,bu şəkli mənə.Əlləri əsə-əsə...dodaqları titrəyə-titrəyə,ürəyi göynəyə-göynəyə! Göndərmişdi ki,bu da Namiq həkimin son mənzili...son ünvanı.
Yaşıl rəngə bürünmüş məzarlığın sıralanmış qara mərmər abidələri.
Və bir də o abidələrdən üzü Zəngəzura sarı həsrətlə boylanan baxışların deyə bilmədiyi iztirablı sözlər!

Həsən ORUCOĞLU

Oxunub: 163
Oxşar xəbərlər
SON XƏBƏRLƏR