dini radikalizm və ekstremizmlə mübarizə

MDU tələbələri dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasını təqdim ediblər


Djb.az xəbər verir ki, bu gün MDU tələbələri dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasını uğurla təqdim etdilər. Dram teatrın səhnəsində Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri və magistrantları Mingəçevir Dövlət Dram Teatrının səhnəsində yüksək peşəkarlıq nümayiş etdiriblər.
Bütün rollarda MDU tələbələri və magistrantlarının çıxış etdiyi tamaşa Mingəçevir şəhər ictimaiyyəti tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Yüksək akademik göstəriciləri olan tələbələrimizin yaradıcı qabiliyyətləri və onların hərtərəfli inkişafı MDU ailəsinin sonsuz sevincinə səbəb oldu.
Rektor Şahin Bayramov tamaşanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib!
MDU tələbələri ilə qürur duyuruq!

Oxunub: 78
Oxşar xəbərlər
SON XƏBƏRLƏR