dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD SEVGİSİ


...Bu dünyada sevgi çoxdur.Kim yaşamayıb ki,bu hissi,bu duyğunu?Şirini də,acısı da var bu sevginin.
Ana sevgisi...Ata sevgisi,qardaş-bacı sevgisi...Hər birinin öz yeri,öz gözəlliyi,özəllyi var bu sevginin!
İnsanı yaşadan da,qurub-yaratmağa səsləyəndə elə sevgidir.
Sevgi bir ömürdür.Bitib-tükənməz!
Sevgi çağlayan bir bulaqdır.İçdikcə içilər...bulanıq sulardan lap tezcənə seçilər.Göz yaşı tək duruluğuna,şəffaflığına...parıltısına görəmi?!
Sevgi həyatın özüdür.Sevgi olanda həyat da gözəlləşər...zənginləşər...dərinləşər,cazibəli və heyranlıq doğurar!
Sevgi incə bir ipək teldir...zərifdir.Gərək onu qoruyasan,hifz edəsən...kiprik gözü qoruyan tək! Gərək onu qoruyasan...Ana dilim...öz sözünü qoruyan tək!
Sevgi müqəddəs bir kəlmədir.Sevgi inamdır,imandır,etiqaddır! Sevgi təmiz bir məkan...bir zamandır! Sevgi durna qatarıdır...eldən-elə köç edər.Sevgi durna qatarıdır,dildən-dilə köç edər.
Vaxtını,zamanını itirən bəxtini itirən kimi.Sevgini itirmək ən böyük günahdır.
Sevgi Tanrıdan gələn bir vəhydir.Sevgi təzə nəfəs,təzə bir səsdir,avazdır! Sevgisini sevən Tanrısını sevər!
Onu dərk etdikcə böyüyürsən...onu hifz etdikcə ucalırsan!
Sevgi yaşamaqdır!
Yanıb kül olmaq deyil.Sevgi bir Oddur!
Həmişə hərarətinə qızınırsan.Sevgi soyuqluğu sevməz ki,Titrəyəsən...Üşüyəsən.
Sevgilərin ən böyüyü,ən birincisi Vətən sevgisidir.
Vətən eşqi! Həyat gücü!
Dünyanı çiyinlərində saxlayan da,göy qübbəsini məhvərindən qopmağa qoymayan da sevgidir!
Bu dünyada bir sevgi də var.Vətən torpağına tökülən qandan yoğrulub.Bu həyatda bir sevgi də var...canını Vətənə qurban verib.Ölməyi bacaran sevgidir,bu sevgi.Əsl sevgi.Adı Vətənlə qoşa çəkilən Şəhid sevgisi!
Mən bir sevgi tanıyıram.Necə də dumdurudur...necə də doğaldır,bu sevgi!Bənzəri,oxşarı yoxdur,bu sevginin!Analar doğub bu sevgini...Önündə baş əyirəm.Mənə Ana Yurdumu,Ata ocağımı qaytaran...ölümü ilə ölümsüzlüyə qovuşan Şəhid sevgisi!
Mən bir Sevgi tanıyıram...Mayası Vətən torpağına tökülən bütün sevgilərin məcunu olan-Şəhid Sevgisi!
Bu,elə bir zirvədir ki,onu Ulu Tanrı ucaldıbdır.Şəhadət sevgisi! Əl çatmazdır,ün yetməzdir!
Uca Yaradanın öz sevgisidir,bu...Şəhid sevgisi!
Hamının önündə baş əydiyi,sədaqət andı içdiyi,əhd-peyman bağladığı-Şəhid sevgisi!..

SƏBİRƏ ƏLƏKBƏROVA,

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA AXA-NIN ZƏNGİLAN RAYON ŞÖBƏSİNİN ƏMƏKDAŞI.

Oxunub: 170
Oxşar xəbərlər
SON XƏBƏRLƏR